Xəbər lenti
Bakıdakı qəzada cəsədi tanınmaz hala düşən Hafizin FOTOSU: Evin tək oğlu idi...
Dünən Bakıda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, Nobel prospektində 99-MH-441 dövlət qeydiyyat nömrəli "Hyundai" markalı avtomobil sürət həddini aşıb və elektrik dirəyinə çırpılıb.
Nəticəsində maşının arxa təkəri partlayıb və iki hissəyə ayrılıb. Həmin vaxt cəsədlər maşından çölə çıxıb.
Avtomobili 24 yaşlı Anarın idarə etdiyi bildirilir. Cəsədi tanınmaz hala düşən şəxsin adı Hafizdir. O, Qəbələ rayon sakinidir. Evin tək oğludur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov oxu.az-a bildirib ki, dünənki dəhşətli hadisədə dörd nəfər dünyasını dəyişib:
"Hazırda məsələ barədə araşdırma aparılır. Avtomobil elektrik dirəyinə çırpılıb və iki yerə bölünüb. Qəzada həlak olanlar gənclərdir. Vəfat edənlərdən üçü dost olublar. Digər şəxs isə avtomobil təmir ustası olub. Hadisə ilə bağlı cinayət işi başlanılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar