Xəbər lenti
Qadın sərnişinin gözü önündə seksual hərəkətlər edən sürücü haqqında qərar verildi
Bu ayın əvvəlində Bakıda taksi sürücüsünün əxlaqsızlığa yol verdiyi barədə məlumat dərc etdik. O, avtomobili idarə edən zaman cinsi orqanını çıxararaq əli ilə seksual xarakterli hərəkətlər etmişdi.
Sürücünün yanında əyləşən qadın sərnişin bunu mobil telefonu vasitəsilə lentə alaraq ictimailəşdirdi. Sözü gedən xəbər insanlar tərəfindən qəzəblə qarşılandı və onun qısa zamanda cəzalandırılmasını tələb etdi. Qadın sərnişinin sürücünün necə çəkdiyi cəmiyyətdə sual doğursa bu cavabsız qalmayıb.
Belə ki, o, sükan arxasında əyləşən şəxsin hərəkətlərinin fərqinə vardığı zaman maşını saxlatdıraraq oradan qaçmaq istəyib, amma baş verənləri isbat edə bilməyəcəyini düşünüb. Həmin sürücünün əməlini telefonu ilə videoya çəkməyə başlayıb. Daha sonra həmin görüntülərlə eyni zamanda Xırdalan şəhər polis idarəsinə müraciət edib.
Minval.info həmin gün məsələ ilə bağlı Xırdalan şəhər polis idarəsi ilə əlaqə saxlayıb. İdarədən verilən məlumata görə, hadisə ilə bağlı onlara həqiqətən də şikayət daxil olub: “Hazırda bu şəxsin kimliyini araşdırırıq. Ən qısa zamanda nəticə ilə bağlı sizə məlumat verəcəyik”.
Əldə etdiyimiz məlumata görə, taksi sürücüsü saxlanıldıqdan bir müddət sonra sərbəst buraxılıb. Bununla əlaqədar Abşeron Rayon Polis İdarəsinə zəng vurduq. Dəfələrlə sürücü barədə informasiya almağa çalışsaq da cəhdlərimiz boşa çıxdı. İşin hansı yerdə olduğu barədə məlumat verə bilməyəcəklərini söylədilər.
Minval.info baş verənlərlə bağlı hüquqşünas Səbuhi Axundovun fikirlərini öyrənib. O, video ilə tanış olduqdan sonra qeyd edib ki, sürücünün hərəkəti ilə əlaqədar qanunvericilikdə konkret maddə yoxdur.
“Həmin şəxs hədə və ya kiməsə təsir edəcək davranışlara yol vermədiyindən bu, xırda xuliqanlıq hesab olunur və İXM-nin 510-cu maddəsinə aiddir. Burada ictimai qaydanın pozulmasından söhbət gedir. Yəni cəmiyyətə qarşı açıq hörmətsizlik. Sürücü hərəkətləri qanunvericiliyə uyğun olaraq 50 manatdan 100 manata qədər cərimə edilə, bundan əlavə işin halları nəzərə alınmaqla 15 sutka inzibati qaydada həbs oluna bilər. Çox güman ki, həmin sürücü həbs olunub. Çünki bu, gələcəkdə böyük fəsadlara yol açacaq əməldir. Sonu ölümlə və başqa neqativ hallarla nəticələnə bilər”.
Qeyd edək ki, sözügedən sürücü 99-FD-996 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobili idarə edərkən seksual xarakterli hərəkətlərə yol verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar