Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Arvadını boğan ər hakim qarşısında - Başqa kişi ilə mesajlaşırmış...

Tarix: 20-09-2018 18:36     Baxış: 3289 A- / A+
Arvadını boğan ər hakim qarşısında - Başqa kişi ilə mesajlaşırmış...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını yastıqla boğaraq öldürməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının məhkəməsi başlayıb.

Hakim İradə Həsənzadənin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 1993-cü il təvəllüdlü E.Qəhrəmanlı öldürdüyü arvadı ilə nikahından 2 övladı olduğunu deyib. Onun uşaqlarından birinin 7‚ digərinin 5 yaşı var.

Tikinti şirkətlərində fəhlə işlədiyini deyən E.Qəhrəmanlı əvvəllər məhkum olunmayıb. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Proses sentyabrın 24-də davam etdiriləcək.

İttihama görə, hadisə 2018-ci il yanvarın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb. Qətlin qisqanclıq zəminində törədildiyi bildirilir. E.Qəhrəmanlı arvadının başqa oğlanla telefonda danışdığını eşidib. Daha sonra isə telefonda onların mesajlaşmalarını oxuyub. Bundan sonra arvadını yastıqla boğaraq qətlə yetirib.(qafqazinfo)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar