Xəbər lenti
Həbs edilmiş vəzifəli şəxslər azadlığa buraxıldı
Bakıda dələduzluq etməkdə təqsirli bilinən Sahil Cahangirli və Anar Əşrəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.
Onlar məhkəmə iclas zalından azadlığa buraxılıblar.
İttihama görə, Sahil Cahangirli "Real" MTK-nın icraçı direktoru işləyib. Digər təqsirləndirilən Anar Əşrəfov MTK-da müxtəlif vəzifələrdə çalışıb.
Onlar vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, rəsmi sənədləri saxtalaşdırmaqla MTK-ya məxsusu mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham ediliblər.
Hər iki təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Sahil Cahangirli “Real” MTK-nın həbsdə olan rəhbəri İlham Qasımovun bacısı oğludur.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə İlham Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 12 ilə endirib.
İlham Qasımov “Real” MTK-nın rəhbəri olub. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
İlham Qasımov rəhbərlik etdiyi şirkət tərəfindən tikilmiş yaşayış binalarında mənzilləri bir neçə şəxsə satmaqda, şəriklik etdiyi azərbaycanlı milyonçu Gülağa Qəmbərova (Tənha) külli miqdarda maddi zərər vurmaqda təqsirləndirilib.
İttihama görə, İlham Qasımov Gülağa Qəmçbərovun 19,5 milyon dollarını mənimsəyib.
İlham Qasımov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar