Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu aylarda doğulanlar, DİQQƏT - Xəstəliyə TUTULACAQSINIZ

Tarix: 18-09-2018 10:43     Baxış: 3394 A- / A+
Bu aylarda doğulanlar, DİQQƏT


İnsanlar həyatlarındakı bir çox olayları anadan olduqları zaman kəsiyi ilə əlaqələndirirlər. Məsələn, xarakterlərini, sevimli rənglərini, kariyera seçimlərini və yaxud həyat ideallarını...

Bütün bunların heç birinin elmi əsası yoxdur. “Doğulduğumuz aylara görə hansı xəstəlikdən əziyyət çəkə bilərik?” sualının cavabı isə elmi cəhətdən araşdırılıb. Nəticədə, 55 müxtəlif xəstəliyə tutulma riski aylara görə təsnifatlandırılıb.
Amerikadakı Kolumbiya Universitetinin Tibbi Mərkəzində aparılan araşdırmada1,7 milyon insanmüşahidə obyekti olub. Bu insanların hər birinin xəstəlik tarixçəsi incələnib. Məlum olub ki, planetimizin qərb yarımkürəsində oktyabr və noyabr ayında doğulanlar daha çox xəstələnir.Qərbdə sağlam yaşamaq üçün may ayında doğulmaq əsl tale hədiyyəsidir.

Alimlər onu da açıqlayıb ki, oktyabr ayında dünyaya gələnlərin hamısı narahat olmaya bilər. Araşdırmanın rəhbəri, görkəmli elm adamı Nicholas Tatonetti verdiyi müsahibələrin birində deyib:

“Əldə etdiyimiz nəticələrdən qorxmağa dəyməz. Çünki önəmli genetik xəstəliklərin üzə çıxma riski çox deyil. Pəhriz proqramlarına əməl edənlər, daimi idmanla məşğul olanlar, təbiətlə harmoniyada yaşayanlar üçün oktyabr və ya noyabrda doğulmaq o qədər də uğursuzluq sayılmaz”.

Tatonetti araşdırmanın əsl məqsədinin “hansı ayda dünyaya gəlmək şansdır?” sualının cavabını tapmaq olmadığını da vurğulayıb. O, əsl məqsədin mövsümi xəstəliklərin risk faktorunun üzə çıxarılması olduğunu deyib.

Qeyd edək ki, indiyədək mövsümi xəstəliklərin risk faktoru 39 dəfə araşdırılıb. Bəhs etdiyimiz sonuncu tədqiqatda alınan bütün nəticələr bir yerə toplanıb və yekun məlumatlar bir daha nəzərdən keçirilib.Amerika Tibb Elmləri Dərnəyinin mətbu orqanında bu barədə bir məqalə çap edilib. Həmin məqalədə yazılıb ki:

“Mövsümi xəstəliklərin risk faktoru yüksəldiyində həmin xəstəlik insan orqanizmində qalıcı xarakter ala bilir”.

Tatonetti araşdırmaların astrologiyadan qaynaqlanmadığını da açıqlayıb. O, izah edib ki, insan dünyaya gələrkən onun orqanizmi ətraf mühitdəki xəstəlik riskləri ilə ya mübarizə aparır, ya da adaptasiya olur. Bu zaman yeni doğulan körpənin gələcəkdə hansı xəstəlikdən əziyyət çəkəcəyini müəyyən etmək mümkündür.Mövsümü və genetik xəstəliklər qarşılıqlı analiz edilərək daha dolğun nəticə əldə edilib.Tatonetti xəstəliklərin xəritəsini çıxarmaq üçün yalnız bir yolun olduğunu vurğulayıb.

Tatonetti və qrupu son yüz ildə dünyaya gələn 1,7 milyon insanın 1985-2013-cü illər arasındakı xəstəlik tarixçələrini analiz edib. Sonda bu xəstələrin dünyaya gəldikləri aylar və 1,688 fərqli tibbi şərtlər arasındakı əlaqəni müəyyən etmək üçün müəyyən hesablama alqoritmi qurulub.

Nəticədə məlum olub ki, yaşından, cinsiyyətindən asılı olmayaraq doğulduqları aylara görə insanların xəstəlik etapları, əksərən, eynidir. Məsələn, noyabr ayında doğulanların hiperaktiv pozğunluqdan, sentyabrda doğulanların astma-bronxitdən, martda doğulanların müxtəlif xarakterli ürək çatışmazlığından əziyyət çəkdiyi məlum olub.

Araşdırmaçılar sonda xəstəliklərin xəritəsini çıxarmağa nail olub.Düzdür, bu məlumatları dünyamızın hər bir sakini bilməli, tibbi yeniliklərdən xəbərdar olmalıdır. Lakin unutmayaq ki, biz şərq yarımkürəsində yaşayırıq və bu təsnifat bizə aid deyil.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar