Xəbər lenti
Fikrət Qocanın oğlunu öldürənlər yenidən məhkəmə qarşısında
Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi öldürməkdə təqsirli bilinən Elnur Nəhmətovun barəsində olan hökmdən prokuror tərəfindən verilən kasasiya protesti, müdafiəçi tərəfindən verilən kasasiya şikayətinə baxılıb.
Manevr.az xəbər verir ki, Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, prokurorun Elnur Nəhmətovun barəsində olan cəzanın ağırlaşdırılması ilə bağlı protesti təmin edilməyib. Elnur Nəhmətovun vəkilinin də şikayəti təmin olunmayıb.
Fikrət Qocanın oğlunu öldürənlərə hökm oxundu
Elnur Nəhmətovun vəkili kasasiya şikayətində qeyd edib ki, müvəkkilinin əməlində Cinayət Məcəlləsinin 124.1 və 221.2.1-ci maddələrinin tərkibi yoxdur, həmin maddələr üzrə ona bəraət verilməlidir.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun apellyasiya protesti və təqsirləndirilən şəxslərin vəkillərinin apellyasiya şikayətlərinin heç biri təmin edilməyib.
Fikrət Qocanın oğlunu öldürən şəxsin başına iş gəldi
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror təqsirləndirilən Elnur Nəhmətovun cəzasının ağırlaşdırılmasını istəyib.
Həmçinin təqsirləndirilən şəxslər də cəzadan narazı qalıblar. Elnur Nəhmətov cəzasının daha yüngül cəza ilə əvəz edilməsini, digər təqsirləndirilən şəxslər isə barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar