Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qadın mollalarla bağlı təklif həyata keçiriləcək

Tarix: 17-09-2018 17:31     Baxış: 3274 A- / A+
Qadın mollalarla bağlı təklif həyata keçiriləcək



Xəbər verdiyimiz kimi məscidlərə qadın mollalar da təyin ediləcək. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Rəhimə Dadaşova "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.

Maraqlıdır, qadın mollalar hansı kriteriyalara əsasən məscidlərə götürüləcək?

Qadın mollaların ali təhsil alması həyata keçiriləcəkmi?

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli açıqlamasında məsələyə münasibət bildirib.

"Qadın mollaların hansı kriteriyalara əsasən fəaliyyət göstərəcəyi barədə dəqiq bir söz deyə bilmərəm. Sadəcə olaraq qadın din xadimlərinin yetişdirilməsi təklif olunur. Bu təklifə müsbət yanaşıram. Qafqaz Müsəlmanları İdarəsində də bu məsələ mütəmadi olaraq müzakirə olunur. Azərbaycanda dini təhsilin keyfiyyətinin artırılması istiqamətində ciddi addımlar atılır. Yaxın vaxtlarda açılan Azərbaycan İlahiyyat İnstitutunun və Bakı İslam Universitetinin fəaliyyət göstərməsi buna dəlildir. Çünki bu təhsil ocaqlarında mütəxəssislər yetişdirilir. Bu sahədə mütəxəssislərin olması çox vacibdir. Bu, müəyyən təsirlərdən sığortalanmağa xidmət edir. Qadın ilahiyyatçıların olması çox zəruridir. İslam ali təhsil ocaqlarında yaxın zamanlarda qızların təhsil alması barədə addım atılacaq".

Həmsöhbətimiz deyir ki, dünyanın bir çox müsəlman ölkələrində ilahiyyatçı qadınlar var.

"Məsələn, qonşu Türkiyədə yüksək peşəkar ilahiyyatçı xanımlar daha çoxdur. Həmin xanım ilahiyyatçılar qadın məclislərində iştirak edirlər. Azərbaycanda da bu zəruri addımdır. Ümid edirəm ki, yaxın vaxtlarda qadın mollalarla bağlı təklif həyata keçiriləcək. Savadsızlıq olan yerdə xurafat həmişə ayaq açır. İndi qadınların da dinə marağı var və onlar arasında molla olmaq istəyənlər də çoxdur. Bu ehtiyacın ödənilməsi zəruri addımlardan biridir".

QMİ nümayəndəsi bildirib ki, təklif həyata keçirilən zaman qadın mollalar da kişi mollalar kimi məscidlərdə, mərasimlərdə iştirak edəcək.

"Ümumilikdə din xadimləri ilə bağlı bir çox işlər görülür. QMİ də din xadimlərinin təkmilləşdirilməsinə səy göstərilir. Hətta QMİ tərəfindən müəyyən vəsiqələr təqdim olunur ki, yalnız bundan sonra dini ayinləri icra etmək hüququ qazanırlar. Eyni proses qadınlar arasında da həyata keçiriləcək. Bu məsələ bir ya da iki günə həll edilməsə də güman ki, olacaq. Sadəcə olaraq İlahiyyat İnstitutu, Bakı İslam Universitetində təhsil almaq üçün qadınların maraq göstərməsinə çalışmaq lazımdır. Bu sahədə onların sayını çoxaltmaq gərəkdir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar