Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Facebook "pis" şəkilləri seçəcək

Tarix: 15-09-2018 09:40     Baxış: 2530 A- / A+
Facebook "pis" şəkilləri seçəcək

ABŞ-ın "Facebook" şirkəti tərəfindən "Instagram" ilə birgə işlənib hazırlanmış "Rosetta" neyron şəbəkəsi üzərində mətn olan şəkilləri tanımaq qabiliyyətinə malikdir. Bu haqda şirkətin saytında məlumat verilib.

Manevr.az milli.az-a istinadən bildirir ki, süni intellekt real vaxt rejimində "Facebook" və "Instagram"ın milyarddan çox əlçatan şəkli, həmçinin videoçarxlardan mətni əldə edə və onu mətnin tanınması modelinə daxil edə bilir.

"Facebook"un nümayəndələri dəqiqləşdiriblər ki, "Rosetta" neyron şəbəkəsi şəkillərin keyfiyyətli axtarışı və avtomatik spam axtarışı üçün tətbiq edilə bilər. Bu neyron şəbəkəsi, həmçinin şəkillərdəki aqressiv və təhqiredici məzmunu axtarıb tapa bilir.

Sözügedən neyron şəbəkəsinin əsasını 2015-ci ildə "Facebook"un mütəxəssisləri tərəfindən işlənib hazırlanmış mətnin optik tanınması texnologiyası təşkil edir. Hazırda "Rosetta" bir neçə dili tanıya bilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar