Sizin Reklam Burada
Xəbər lenti
03-08-2026
02-08-2026
BÜTÜN XƏBƏRLƏR

Siqaretlə bağlı qanunu pozan teleradio yayımçıları cəzalandırılacaq

Tarix: 14-09-2018 22:20     Baxış: 2345 A- / A+
Siqaretlə bağlı qanunu pozan teleradio yayımçıları cəzalandırılacaq

Sentyabrın 14-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Qurumdan verilən məlumata görə, iclasda teleradio yayımçılarının yeni mövsümə hazırlıq vəziyyəti, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” 1 dekabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun və kabel şəbəkəsi (İP TV) yayımı zamanı qanunvericiliyin icra vəziyyəti müzakirə edilib.

İclasda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” 1 dekabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 12.2, 14.1.4-cü maddələrinin tələblərinin teleradio yayımçıları tərəfindən icra edilmədiyi vurğulanıb, edilmiş xəbərdarlıqdan sonra müvafiq tədbirlərin görülmədiyi təqdirdə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi məqsədə müvafiq hesab edilib.

Tədbirdə eyni zamanda kabel şəbəkəsi yayımçıları tərəfindən teleradio təşkilatlarının razılığı olmadan onların verilişlərindən (proqramlarından) istifadə edilməsinə və ya mülkiyyətçilərin razılığı olmadan proqramların (verilişlərin) yayımlanmasına, köçürülməsinə (tirajının çoxaldılmasına), satılmasına və ya kütləvi nümayişinə görə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı məsələ müzakirə olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar