Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Saxta tibbi sənədlərlə alınan əlillik təyinatları LƏĞV EDİLDİ

Tarix: 14-09-2018 13:11     Baxış: 4260 A- / A+
Saxta tibbi sənədlərlə alınan əlillik təyinatları LƏĞV EDİLDİ


Əlilliyin təyinatı və tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) fəaliyyət göstərən işçi qrupunun növbəti iclası keçirilib.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.

Nazir Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq nazirlikdə aparılan islahatların mühüm hədəflərindən birinin də tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi olduğunu vurğulayıb. S.Babayev bildirib ki, görülən işlər çərçivəsində əlilliyi olan şəxslər üçün bərpa mərkəzlərinin potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Həmin şəxslərin reabilitasiyasında müsbət nəticələrin əldə olunması üçün bərpa mərkəzlərinin imkanlarının artırılması təmin olunacaq. Bununla bağlı reabilitasiya mərkəzləri ilə bağlı nümunəvi nizamnamə hazırlanır. S.Babayev, eyni zamanda, yaxın illərdə ölkəmizdə əlilliyi olan şəxslər üçün bərpa mərkəzləri şəbəkəsinin genişləndirilməsi üçün işlərin aparıldığını diqqətə çatdırıb.

Yeni "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda fərdi reabilitasiya proqramının icrasının xüsusi yer tutduğunu qeyd edən nazir ümumilikdə bu qanunda əksini tapan bir sıra məsələlərlə bağlı konkret icra prosedurlarını müəyyən edən Qaydaların hazırlanması işlərinə başlandığını deyib. O, əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq təcrübəyə uyğunlaşdırılması üzrə təkliflərin hazırlanması sahəsində işçi qrupu tərəfindən aparılan işlərin sürətləndirilməli olduğunu diqqətə çatdırıb.

İclasda işçi qrupunun gördüyü işlərin nəticələri, həmçinin cari ilin ilk yarımilində risk qrupu xəstəlikləri ilə əlaqədar təyin edilmiş I qrup əlillik təyinatları üzrə Səhiyyə Nazirliyindəki müvafiq işçi qrupu ilə birgə aparılan araşdırmaların yekunları barədə məlumat verilib. Risk qrupu xəstəlikləri ilə əlaqədar saxta tibbi sənədlər tərtib olunmaqla rəsmiləşdirilmiş göndərişlər əsasında yanlış əlillik təyinatlarının ləğv edildiyi və hazırda bu istiqamətdə işlərin davam etdirildiyi bildirilib.

İclasda bu ilin ilk yarımili ərzində risk qrupu xəstəlikləri ilə əlaqədar təyin edilmiş II və III dərəcə əlillik təyinatları üzrə araşdırmaların aparılması qərara alınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar