Xəbər lenti
"Inbox" poçt xidmətinin fəaliyyəti dayandırılır

ABŞ-ın "Google" şirkəti "Inbox" poçt xidmətinin fəaliyyətini dayandırmaq və diqqəti yalnız "Gmail" üzərində cəmləməyə dair qərar qəbul edib. Bu haqda informasiya şirkətin rəsmi bloqunda dərc edilib.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, 2014-cü ildən "Gmail" poçt xidmətinin əsasında işləyən həmin xidmət istifadəçilərə məktublarla işləmək üçün unikal yanaşma təklif edirdi. İndi həmin funksiyaların bir hissəsi "Gmail"də tətbiq ediləcək. "Inbox" xidməti artıq 2019-cu ilin martından istifadəçilər üçün əlçatan olmayacaq.
Məlumata görə, proqram bütün mağazalardan tamamilə silinəcək, onu istənilən elektron qurğuda istifadə etmək qeyri-mümkün olacaq. Həmçinin proqramın API-si əlçatmaz olacaq.
Məlumat üçün bildirilir ki, avqustun 24-də "Google" şirkəti "Gmail" elektron poçt xidmətində avtomatik silinən məktublar funksiyasını istifadəyə verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































