Xəbər lenti
"Düşündüm ki, bütün həyatımı rəsmə həsr edim" 17 yaşlı rəssam xanım / MÜSAHİBƏ
Bu dəfə sizi 17 yaşlı gənc bir rəssam xanımla tanış edəcəyik.
Aysel Mirzə qızı Cavad 2 ildir ki həvəskar rəssamlıqla məşğuldur. Yaradıcılığında daha çox xalça naxışlarına üstünlük verən gənc rəssamı bu yazımızda daha yaxından tanıyacaqsınız.
Metbuat.az Aysel Cavadla olan müsahibəni təqdim edir:
- Rəsm çəkmək kimi bir istedadınızın olduğunun nə zaman fərqinə vardınız?
- Anam çox gözəl xalçalar toxuyur. Onun xalça üzərinə işlədiyi naxışlar uşaq yaşlarımdan diqqətimi çəkirdi. Bir gün əlimə qələm, kağız alıb, onları çəkməyə başladım. Fikirləşdim ki, bu, məndə alınar. Alındı da. Rəsmlə ciddi şəkildə nə vaxtdan məşğul olmağa başladınız?
- 10-cu sinifdən başlayaraq məşğul olmağa başladım. Sonra gördüm ki, yaxşı alınır və rəssam olmağa qərar verdim. Düşündüm ki, bütün həyatımı rəsmə həsr edim.
- Qazancınız olur?
- Bəli. Hələ ki, 2 rəsm əsəri sata bilmişəm.
- Sosial şəbəkələrdə əl işlərinizi sərgiləyirsiniz?
- Hələ ki, Aysel Cavad adlı “Youtube” kanalım var. Orada çəkdiyim rəsmlərdən ibarət video yerləşdirmişəm. Yaxın günlərdə “Facebook” və “İnstagram” səhifələri açmağı düşünürəm.
Daha çox hansı rəssamın əsərlərini sevirsiniz?
- Vinsent Van Qoq və Səttar Bəhlulzadə. Çünki daha çox təbiəti çəkirlər. Rəsm əsərlərində təbiəti sevdiyim üçün onların əsərlərini çox bəyənirəm.
- Sizi ən çox cəlb edən əsərləri hansılardır?
- Ən şox sevdiyim əsər Van Qoqun “Ulduzlu gecə” əsəridir.
- Rəsm əsərlərini çəkərkən nə fikirləşirsiniz?
- Gözəl fotolar anidən yaranır. Həmin dəqiqə qələmi əlimə alıb düşüncələrimi rəsmə köçürürəm.
Bir rəsmi neçə dəqiqəyə çəkirsiniz?
- Baxır rəsmə. Kağızın formatına görə vaxt uzana bilir. A1 formatında olan bir rəsmi maksimum 3-4 saata kimi bitirirəm.
- Hər gün rəsm çəkirsiniz?
- Bəzən elə olur ki, günlərlə əlimə fırça almıram. Amma ilham gələn vaxt gecə də olsa, o rəsmi tamamlayıram.
- Rəsmlə bağlı dərs alırsınız?
- Sırf istiqamət vermək üçün hazırda bir rəssamdan dərs alıram. Gələcəkdə təhsil almağı düşünürəm. Əslində, bu il təhsil almağı düşünürdüm. Sadəcə universitetə ödənişi əsaslarla daxil olduğum üçün oxuya bilmədim.
Çəkdiyiniz əsərlərin arasında ən çox hansını sevirsiniz?
- Əslində, bütün əsərlərimi sevirəm. Ən sevdiyim isə “Xəyala qovuşma” əsəridir. Bu əsərdə sani bir səssizlik var.
- Özünüzü fərqli hesab edirsiniz?
- Bəli. Hər bir rəssamın özünəməxsus üslubu var. Məndə abstrakt rəsmlər daha gözəl alınır. Bu rəsmlərdə də ən çox bənövşəyi rəngdən istifadə etməyi sevirəm. Ümumiyyətlə, bənövşəyi ən sevdiyim rəng olduğu üçün, bütün əsərlərimdə istifadə etməyə çalışıram.
- Sizin kimi rəsm çəkmək istəyən yaşıdlarınıza nə məsləhət görərdiniz?
- Öz üzərlərində çalışsınlar. Yaxşı iş, yaxşı sənət heç vaxt ölmür.
Aysel cavadın rəsm əsərlərini təqdim edirik:
Xəyalə Məmmədova / metuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar