Xəbər lenti
Bakı metrosunda gediş haqqı belə artdı: 5 qəpikdən 30 qəpiyə
“1967-ci il noyabrın 6-dan istismarı başlanmış Bakı Metropolitenində Azərbaycan müstəqillik qazanana qədər gediş haqqı 5 qəpik (Sovet pulu ilə 5 kopeek) idi”.
Manevr.az xəbər verir ki, bunu Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Sosial şəbəkədə maraqlı məqalə ilə çıxış edən B.Məmmədov əlavə edib ki, 1992-ci ilə yanvarın 4-də Bakı Metropolitenində ilk dəfə gediş haqqının qiymət dəyişikliyi edilib: “Qərara əsasən, qiymətlər 15 qəpik (kopeek) oldu. Yeni qiymət 1992-ci il martın 1-nə qədər qüvvədə qaldı. Həmin tarixdən bir sərnişinin daşınma haqqı 30 qəpik (kopeek) müəyyən edildi. Gediş haqqını ödəmək üçün sərnişin keçid məntəqəsində avtomat-nəzarət aparatına 2 ədəd 15 qəpiklik daxil etməli idi.
1992-ci ilin iyun ayından gediş haqqı 1 rubl idi. Həmin vaxtdan jeton sistemi tətbiq edilməyə başlandı. Həmin il dekabrın 17-də qiymətlər yenə dəyişdi. Sərnişin metropolitendən istifadəyə görə 3 rubl ödəməli idi. 1993-cü ildə qiymətlər iki dəfə dəyişdi. İyulun 26-dan metropolitendən istifadənin qiyməti 5 rubl müəyyən edildi.
Dekabrın 1-də isə gediş haqqı 30 rubl təyin edilməklə yanaşı, ödəmə vasitəsi kimi talon sistemi müəyyən edildi. 1994-cü il yanvarın 1-dən yenidən jeton sistemi tətbiq edilməklə sərnişinlər gediş haqqını milli pul vahidi – Azərbaycan manatı ilə ödəməyə başladılar. Bir jeton və ya bir gediş sərnişinə 3 manata başa gəlirdi. 1994-cü il fevralın 15-də yenidən talon sistemi tətbiq edilməklə gediş haqqı 5 manat oldu. Həmin il iyulun 1-dən jeton sisteminə qayıdış oldu. Metropolitendən istifadə isə 20 manat müəyyən edildi. 1994-cü il noyabrın 7-də sərnişin 50 manat ödəməklə metropolitendən istifadə etməyə başladı. Həmin il dekabrın 15-dən gedişin qiyməti 100 manat oldu. Qiymətlər 1995-ci il fevralın 5-də dəyişdi və 300 manat təyin edilsə də, cəmi 6 gün sonra 150 manata endirildi.
Sonrakı qiymət dəyişikliyi 1996-cı il iyunun 27-də oldu. 250 manata gediş haqqı 10 ilə yaxın dəyişməz qaldı. Bu dövrdə Bakı yeraltı dəmir yolları şəbəkəsində gediş haqqı bütün dünya metropolitenləri arasında ən ucuz idi. 2006-cı il yanvarın 1-dən yeni milli pul siyasətinin nəticəsi kimi, qiymətlər də yeniləndi. Yeni Azərbaycan manatı ilə gediş haqqı 5 qəpiyə bərabər oldu. Həmin il martın 1-dən gediş haqqının yeganə ödəmə vasitəsi 2 manat dəyərində girov haqqı ödənişi olan plastik kartlara keçildi. Kartı metropoliten kassalarından əldə edərkən, sərnişin həm də ən azı bir gediş (20 qəpik) yüklətdirməli idi.
30 sentyabr 2009-cu ildə Tarif (Qiymət) Şurasının iclasında Bakı Metropolitenində gediş haqqının qaldırılması barədə məsələ müzakirə olundu. Oktyabrın 1-dən gediş haqqının 15 qəpik olması barədə qərar qəbul edildi.
2011-ci il noyabrın 24-də Tarif (Qiymət) Şurasının iclasında metropolitendə gediş haqqının qaldırılması barədə məsələ müzakirə olundu. Həmin qərara əsasən, 2011-ci il dekabrın 1-dən gediş haqqı 20 qəpik həddində müəyyənləşdirildi.
2015-ci il avqust ayının 8-dən Bakı Metropolitenində gediş haqqının ödənilməsi “BakıKart” sistemi ilə həyata keçirilir. Həm də həmin gündən ilk dəfə şəhər ictimai sərnişindaşıma sahəsində iki fərqli nəqliyyat sisteminin inteqrasiya olunmuş ödəniş sisteminin tətbiqinə başlanıldı.
Tarif (qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında cari il avqustun 1-dən 1 gediş üçün 30 qəpik müəyyən olundu”.
Nizam Rza
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar