Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

İşsizlərin nəzərinə: 4 rayonda əmək yarmarkası təşkil olunacaq

Tarix: 11-09-2018 18:41     Baxış: 2254 A- / A+
İşsizlərin nəzərinə: 4 rayonda əmək yarmarkası təşkil olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti əmək yarmarkaları ötən həftə Şəmkir, Lerik və Qusar rayonlarında keçirilib.

Manevr.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, hər üç yarmarka zamanı işsiz və işaxtaran vətəndaşlara həmin rayonlarda fəaliyyət göstərən 60-dan çox müəssisə üzrə 1000-dən çox vakant yer təklif olunub. Tədbirlər nəticəsində 200 nəfər işsiz və işaxtaran şəxsə vakant iş yerlərinə göndərişlər verilib.

Ayrı-ayrı şəxslər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına və ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata götürülüb. Habelə kiçik ailə təsərrüfatını yaratmaq üçün potensialı olanlar özünüməşğulluq proqramına cəlb olunmaq üçün qeydə alınıblar.

Bu həftə isə Abşeron, Bərdə, Ağdam, Biləsuvar, Yardımlı rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar