Xəbər lenti
Süni şəraitdə yetişdirilən zəlilər satılacaq
Ötən ildən ölkəmizdə ilk dəfə olaraq süni şəraitdə zəlilərin yetişdirilməsinə başlanılıb. AMEA Zoologiya İnstitutu tərəfindən süni şəraitdə yetişdirilən zəlilərin xəstəliklərə tutulma riski az olduğuna görə onların xaricə və ya ölkə daxilində satılması olduqca əlverişlidir. Artıq bu məqsədlə danışıqlara başlanılıb.
Təbabətdə geniş istifaə olunan zəlilərbiznesə çevrilir. Azərbaycanda süni şəraitdə yetişdirilən zəlilərin ilk dəfə olaraq, ölkə daxilində və ölkədən kənarda satılmasi üçün danışıqlara başlanılıb.Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun tətbiqi zoologiya mərkəzinin müdiri Barat Əhmədov deyib.
Onun sözlərinə görə, yerli şirkətlərdən biri Zoologiya Institutunun yetişdirdiyi zəlilərlə maraqlanmağa başlayıb. Şirkətlə bağlanılacaq xidməti müqavilə əsasinda zəlilərin Zoologiya Institutu tərəfindən yetişdirilməsi, onun daha sonra həmin şirkətə satilmasi, şirkətin isə onu bazara çixarmasi nəzərdə tutulur. Zəlilərin institutun Ağsu Təcrübə Dayaq Məntəqəsindəki süni göllərdə çoxaldilmaqla satış üçün hazirlanmasi planlaşdırılır.Xaricə satılması üçün yetişdirilən zəlilər üçün sertifikat alınmalıdır
Azərbaycanda ilk dəfə olaraq, Zoologiya Institutu tərəfindən zəlilər süni şəraitdə çoxaldılıb. Zəlilərin süni şəraitdə çoxaldılmasının üstünlüyü odur ki, təbii şəraitdə yetişən zəlilərdən fərqli olaraq xəstəliyə tutulma ehtimalı azdır
Barat Əhmədov deyir ki zəlilərin satılması xeyli səmərəlidir. Çünki dünya bazarında zəliyə tələbat böyükdür. qiyməti isə xeyli yüksəkdir.
Barat Əhmədov bildirib ki,yaxın gələcəkdə ölkəmiz bu sahədən xeyli qazanc əldə edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar