Xəbər lenti
Yeni tədris ili başlayır — Kirayə bazarında vəziyyət necədir?
Bu il yeni tədris ili sentyabrın 17-də başlayacaq. Buna səbəb 15 sentyabrın həftənin şənbə gününə təsadüf etməsidir. Artıq paytaxt Bakıda yeni tədris ili ilə bağlı hiss olunacaq dərəcədə sıxlıq müşahidə edilməkdədir. Paytaxta axın həm də kirayə bazarında canlanma yaradıb. Tələb çox, təklifdəki qiymətlər isə sözün əsl mənasında "əl yandırır".
Manevr.az modern.az-a istinadən xəbər verir ki, hazırda kirayə bazarında qiymətlər 30-40 faiz bahalaşıb. Bölgələrdə yaşayan və paytaxtdakı universitetlərə qəbul olunan tələbələr ev axtarışına çıxıb. Bu isə kirayə bazarında tələbin artmasına səbəb olub.
Ev alqı-satqısı ilə məşğul olan Natiq Bəhramov sentyabrda Bakıda kirayə qiymətlərinin avqustla müqayisədə artdığını bildirib.
O qeyd edib ki, universitetlərin yerləşdiyi ərazilərdə təmirindən asılı olaraq 1 otaqlı evlər 200-250 manata, 2 otaqlı evlər 350-400 manata, 3 otaqlı evlər isə 500 manatdan başlayan qiymətlərlə təklif olunur.
Artım daha çox ali məktəblərin yerləşdiyi ərazilərdə metroya yaxın və şəhərin mərkəzi hissələrində olan evlərdə müşahidə olunur. Yay aylarında 250-300 manata təklif edilən evlərin qiyməti hazırda 400-450 manatadək bahalaşıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar