Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlginc iddia: Xəzər quruya bilərmi?

Tarix: 09-09-2018 16:37     Baxış: 2255 A- / A+
İlginc iddia: Xəzər quruya bilərmi?

İran Milli Məclisi Ətraf Mühit Qrupunun üzvü, deputat Əbdülkərim Hüseynzadə təbii və bəşəri amillərin Xəzər dənizinin ekosistemini təhdid etdiyini və bu vəziyyətin dənizin qurumasına yol aça biləcəyini söyləyib. O, qeyd edib ki, hökumət düzgün planlaşdırma və büdcə təsisi ilə ölkənin önəmli varlıqlarından biri olan Xəzər dənizinin qurumasının qarşısını ala bilər. Dənizin quruma ehtimalı var.

AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin hidreometeorologiya şöbəsinin müdiri Zabit Allahverdiyev “Sputnik Azərbaycan”a açıqlamasında bildirib ki, Xəzərin quruması ilə bağlı iddialar hər zaman olub:

"Hələ yaz aylarında Amerika, Rusiya və Fransa alimlərinin birgə apardıqları tədqiqatın nəticələri açıqlanmışdı. Qeyd edilmişdi ki, qlobal istiləşmənin mövcud templə inkişafının nəticəsi olaraq Xəzər dənizinin akvatoriyasının Rusiya hissəsi 75 ildən sonra xeyli daralacaq. Yəni belə açıqlamalar zaman-zaman gündəmə gəlir".

Qurum rəsmisi İranlı millət vəkilinin iddiasını isə belə cavablandırıb: "İranlı millət vəkilinin açıqlamasına gəldikdə, insanlar çox zaman dedikləri sözün nə ilə nəticələnəcəyini düşünmürlər. O, əslində Xəzərin səviyyəsinin 2009-cu ildən intensiv düşməyə başladığını deyib. Bilirsiniz ki, Xəzər dənizi okean səviyyəsindən 27 metr aşağıdır".

Z.Allahverdiyev qeyd edib ki, Xəzərin səviyyəsi zaman-zaman dəyişir: "1977-ci ildə Xəzərin səviyyəsi mənfi 29 metrə qədər düşmüşdü. Xəzərin quruması ehtimalının isə heç bir məntiqi əsası yoxdur. Xəzər dənizi quruya bilməz. Çünki Volqa, Ural, ən əsası da Kür çayı var. İndiki iqlim şəraiti ilə Xəzərin quruması mümkün deyil. Xəzər dənizinin səviyyəsi birbaşa iqlimlə bağlıdır. Yay aylarında Xəzərdə suyun səviyyəsinin ən yüksək dövrü olur, dekabr-fevral ayına qədər azalma müşahidə edilir".

"Son 9 il ərzində səviyyə 16-27 sm arasında azalıb. Xəzərin sutoplayıcı ərazisinə yağıntı az düşsə, bu zaman azalma müşahidə edilə bilər. Bu sutoplayıcı hissə heç də az deyil. 3.5 milyon kvadrat/km əraziyə düşən yağıntılar hamısı Xəzərdə toplanır. Xəzərə toplanan suların 80 faizi Volqa çayından gəlir. Əlbəttə, Volqada su azalarsa, səviyyə düşəcək" - deyə həmsöhbətimiz bildirib.

Z.Allahverdiyev vurğulayıb ki, hər bir iddianın arxasında elm durmalıdır:

"Əgər hər hansı bir iddia elmə söykənmirsə, o, əhəmiyyətsiz söhbətdir. Elmi tərəfdən yanaşsaq, Xəzərin səviyyəsi enə və ya qalxa bilər. Quruma ehtimalını isə mən qəbul etmirəm".

Xatırladaq ki, bir müddət əvvəl alimlər 1996-cı ildən etibarən 2015-ci ilə qədər hər il Xəzər dənizində suyun səviyyəsi 7 santimetr azalmasını əsas tutaraq, Xəzərin quruyacağı qənaətinə gəlmişdi. Onlar hesab edirdilər ki, istiləşmənin mövcud tempi indiki kimi qalarsa, 75 ildən sonra Xəzər quruya bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar