Xəbər lenti
Kişilərə yeni vəsiqələrin verilməsində problem yarandı
Azərbaycanda müxtəlif səbəblərdən şəxsiyyət vəsiqələrini dəyişən kişilərə yeni nəsil vəsiqələrin verilməsində problem yaranıb.
Manevr.az xəbər verir ki, problemlə yeni nəsil şəxsiyyət vəsiqəsi almaq üçün “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşlar üzləşib.
Söhbət qeydiyyat ünvanı dəyişmiş və nikaha daxil olmuş şəxslərdən gedir. Bu kateqoriyadan olan kişilərə Daxili İşlər Nazirliyinin (DİN) Baş pasport, qeydiyyat və miqrasiya idarəsi tərəfindən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsindən imtina olunur və köhnə nəsil vəsiqələr verilir.
Buna səbəb yeni elektron sistemə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tam, Ədliyyə Nazirliyinin isə qismən qoşula bilməməsidir. Son nəticədə yeni ünvanda qeydiyyata düşmüş və yenicə ailə qurmuş kişilər yeni nəsil şəxsiyyət vəsiqəsi ala bilmirlər.
Qeyd edək ki, verilməsinə bu il sentyabrın 1-dən başlanılmış yeni vəsiqələr elektron imza ilə təchiz edilib. Bununla belə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmət haqqını müəyyən etməməsi ilə əlaqədar elektron imzaların aktivləşdirilməsi də ləngiyir./report/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar