Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Alimlərdən yeni iddia: "İnsanlarla yadplanetlilər cütləşib"

Tarix: 09-09-2018 08:12     Baxış: 3332 A- / A+
Alimlərdən yeni iddia: "İnsanlarla yadplanetlilər cütləşib"


Kainatda bizdən başqa şüurlu sivilizasiyaların olduğunu bu gün elm dünyası da etiraf etməyə başlayır. Bu sahədə bir sıra tədqiqatlar aparılsa da, alimlər bir çox hallarda tədqiqatları ciddi qəbul etmirlər.

Manevr.az "ölkə.az"-a istinadən bildirir ki, dünya alimləri yeni iddia ilə çıxış ediblər.
Marslılar hara yoxa çıxıb?
Mars planetində nə vaxtsa yaşayış olduğu bildirilir. Bəs əhalisi hara yoxa çıxıb? Amerikalı fizika alimi Con Brandenburq bildirib ki, bir neçə milyon il əvvəl Marsda nüvə reaktoru partlayıb. Brandenburqun versiyasına əsasən, milyard il əvvəl Marsdakı Atsidaliysk dənizinin 2 km dibində uran ehtiyatları olub. Bu ehtiyatlara yeraltı sular çatanda nüvə reaksiyası başlayıb və partlayış baş verib. 30 km diamteri olan asteroidlə toqquşanda yaranan effekt baş verib. Radiasiya isə Qırmızı planetdəki həyatı məhv edib.
Zaman keçdikcə Brandenburq hipotezini yeniləyib. Çünki planetoloqlar bəyan etmişdilər ki, Marsın yaranması təbii geoloji proseslər nəticəsində baş verib və heç bir partlayışdan söhbət gedə bilməz. Mars meteoritlərinin tədqiqi zamanı isə heç bir anomaliya və nüvə radiasiyası aşkar edilməyib. Bu zaman professor bildirdi ki, Marsda bir yox, iki partlayış olub. Mars atmosferindəki ksenon-129 və yeni məlumatlar da bunu sübut edir.
Qamma-şüaların radioaktiv elementlərinin yayılma qanunauyğunluğunu nəzərə alsaq, partlayışın mərkəzi Atsidaliysk dənizinin şimalında, Utopiya düzənliyində olub. Amma bu regionlarda partlayışdan yaranan iri kraterlər tapılmayıb. Bu isə onu deməyə imkan verir ki, partlayış təbii yox, nüvə bombardmanı nəticəsində yaranıb. Bombalar çox iri olub və diametri təxminən 150 metr olub.
Professor Brandenburq bildirir ki, Marsa hidrogen bombalarının düşməsi təsadüfi olmayıb. Alimlər müəyyən ediblər ki, uzaq keçmişdə Marsın iqlimi Yerin iqlimi kimi olub. Bundan başqa Marsdakı aparatlar insan əli ilə düzəldilmiş artefaktlara bənzəyən obyektlər lentə alıblar. İkinci bir sual isə planetə bombanın kimin atmasıdır-marslılar yoxsa, başqa planetin sakinləri?
Bununla belə, partlayışlar nəticəsində Marsın biosferi yoxa çıxıb və iqlim isə həyat üçün əlverişsiz olub.
Yadplanetli zondlar?
Şeffild universitetinin astrobioloqu Milton Ueynrayt iddia edir ki, həmkarları ilə birlikdə Yerin stratosfer təbəqəsində titandan hazırlanmış mikrozondlar aşkar edib. Çox ehtimal ki, onların tərkibində mikroorqanizmlər var və hansısa sivilizasiya planetimizə köçməyi planlaşdırır

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar