Xəbər lenti
Azərbaycanın ən maraqlı heykəli
38 müəllifin qranitdən hazırlanmış kitabları
Xaçmaz şəhərində Azərbaycanın dövlət duli ilə bağlı respublikada ilkə imza atılıb.
Manevr.az məlumatına görə, şəhərdəki Çənlibel parkında möhtəşəm Ana dili müəllimi abidəsi inşa edilib.
Yeni dərs ilinə sayılı günlər qaldığı bir vaxtda abidənin açılışı olub. Açılış mərasiminsə Xaçmaz İH, təhsil şöbəsinin və Təhsil Nazirliyinin nümayəndəsi iştirak edib. 4 metr hündürlüyü olan möhtəşəm abidə 2 ay ərzində başa gəlib. Təhsil abidəsinin ideya müəllifi Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev, heykəltəraşı isə Ələddin Qasımovdur.
Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev İstiPress-ə bildirib ki, "uzun illər Heydər Əliyev kimi dahi şəxsiyyətlə birgə işləmişəm. Onun Azərbaycan dilinə dövlət dili statusunu verməsini, dilimizin qorunub bu günə çatmasında xüsusi xidməti olmasını yaxşı bilirəm. Ona görə özümə borc bildim ki, dövlət dilimizi tədris edən şərəfli bir müəllim obrazını əks etdirən bir abidə ucaldaq Xaçmazda, bu gün bu istəyimi reallaşdırdım".
Ana dili müəllimi abidəsinin divar hissəsində Heydər Əliyevin "Mən dünyada müəllimdən yüksək ad tanımıram", "Ana dili xalqın milli sərvətidir" kimi təhsillə bağlı söylədiyi məşhur sitatlar yer alıb. Abidənin hər iki tərəfində Dədə Qorquddan tutmuş müasir dövrün görkəmli yazıçı və şairlərinədək - ümumilikdə, 38 müəllifin qranitdən hazırlanmış kitabları yer alıb və ana dili müəlliminin abidəsi dahi ədiblərin kitabları ilə dövrələnib. Abidə gecə saatları xüsusi işıq xəttilə təchiz edilib.
Açılış mərasimində çıxış edən Təhsil Nazirliyinin məsul əməkdaşı Aydın Əhmədov və Xaçmaz təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova rayon rəhbərinin bu abidə hədiyyəsinin yeni dərs ili ərəfəsində nəinki rayonun ana dili müəllimlərinə, hətta rayonun bütün müəllimlərinə gözəl sürpriz olduğunu deyiblər.
Bildirilib ki, bütün müəllimlərin, müxtəlif peşə sahiblərinin ilk yolu ana dilindən keçir və bu hədiyyənin müqabilində keşməkeşli tarixi olan Azərbaycan dili fənnini tədris edən müəllimlər dilin şagirdlərə mükəmməl və incəliyinə qədər öyrətmələrinə xüsusi səylə çalışmalıdırlar. Açılışdan sonra keçirilən müəllimlərin sentyabr konfransında abidənin yaradıcılarına təşəkkür edilib.İstiPress
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar