Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda böyüklərin təqib etdiyi uşaq kimdir: Ortada elə bir şübhə var ki…

Tarix: 07-09-2018 16:39     Baxış: 2390 A- / A+
Bakıda böyüklərin təqib etdiyi uşaq kimdir: Ortada elə bir şübhə var ki…


Küçələrdə böyüyən bu uşaq həyatın hər üzünü görüb və ona görə də heç nədən qorxmur

Bakıda “Gənclik” metrostansiyasında səhər saat 4-dək gəlib-gedənlərdən kağız salfet almağı xahiş edən 12 yaşlı oğlan (adı etik məsələlərə görə çəkilmir — red.) xüsusi diqqət çəkib. Turkustan.info bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə məlumat verib.

“Biz uzun müddət “Mcdonalds” restoranının yaxınlığındakı həmin uşağı müşahidə etmişik və müəyyənləşdirmişik ki, o, tək deyil, böyüklər tərəfindən təqib edilir. Bu adamlar onun qohumlarıdır” — deyə hüquq müdafiəçisi bildirib.

Ağazadə deyib ki, uzun müddət müşahidə edəndən sonra oğlanın yanına getmək qərarına gəlib. Məlum olub ki, uşaq kifayət qədər özünə əmindir, heç nədər qorxmur, çünki qəyyumları yaxınlıqdadır. Hüquq müdafiəçisi Çevik Polis Alayının əməkdaşlarından bu vəziyyəti araşdırmağı xahiş edib. Nəticədə oğlanı Bakının Nərimanov rayonundakı 18-ci polis bölməsinə aparıblar.

Uşağın validynləri də polis bölməsinə çağırılıb. Məlum olub ki, oğlanın 45 yaşında anası, 50 yaşlı atası və iki böyük bacısı var. Bacılardan birinin yeri barədə heç nə məlum deyil. Digər bacı isə əvvəllər məhkumluq həyatı yaşayıb və əvvəllər məhkum olmuş bir kişi ilə yaşayır. Sonuncu hər gün axşam saat 20.00 radələrində uşağı metrostansiyasının bu və ya digər çıxışına gətirib qoyur və səhər saat 04-ə qədər onu kənardan müşahidə edir.

Polislə söhbət zamanı oğlan etiraf edib ki, onun gündəlik gəliri 65 manat civarındadır. “Hər gün axşam saat 8-dən səhər saat 4-dək neçə qutu salfet satmaq lazımdır ki, azı 65 manat pul qazanasan? Mən hesablamışam ki, bunun üçün azı 100 qutudan artıq salfet satmalısan. Bu, mümkün deyil. Deməli, o, təkcə salfet satmır. Bilmək lazımdır ki, o, başqa nə işlə məşğul olub. Ola bilsin, kuryerliklə məşğul imiş. Bunu yoxlamaq lazımdır” — Ağazadə bildirib.

Yeri gəlmişkən, oğlanın valideynləri polis bölməsinə gətirilib. Anası ağlayıb ki, bu uşaq onların yeganə gəlir mənbəyidir. Ata isə onları rahat buraxmağı tələb edib və deyib ki, vaxtilə cəbhə bölgəsində vuruşub.

Araşdırma zamanı o da məlum olub ki, uşaq heç vaxt məktəbə getməyib. O işləyib və qazandığı bütün pulları ailəsinə verib. Bu pulla təkcə uşağın ata-anası deyil, bacısının ailəsi də dolanıb. Yeznəsi pulun bir hissəsini uşaqdan ona görə alıb ki, onu daşıyır və gecələr mühafizə edir. Praktiki olaraq küçələrdə böyüyən yeniyetmə isə artıq həyatın hər üzünü görüb və ona görə də heç nədən qorxmur.

Ağazadə uşaqdan narkokuryer kimi istifadə olunduğundan da şübhələnir. Lakin hesab edir ki, bunu hüquq-mühafizə orqanları araşdırmalıdır.

Hüquq müdafiəçisi tələb edib ki, oğlanı ailəsindən alaraq Azərbaycan Uşaqlar Birliyinin Reinteqrasiya Mərkəzinə versinlər. Hazırda uşaq artıq sözügedən sığınacaqdadır. Lakin məlum məsələdir ki, həyatı başqa cür qəbul edən bu oğlanı reabilitasiya etmək üçün çox çalışmaq lazım gələcək.

Öz növbəsində, valideynlərini də valideynlik hüququndan məhrum olunmaq təhlükəsi gözləyir. Onlar, güman ki, həm də həddi buluğa çatmayan uşaq əməyinin istismarına görə cinayət məsuliyyətinə cəlb olunacaqlar. /sputnik.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar