Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sabah ölkə ərazisində havanın temperaturu 27-32 dərəcə isti təşkil edəcək

Tarix: 02-09-2018 19:34     Baxış: 2274 A- / A+
Sabah ölkə ərazisində havanın temperaturu 27-32 dərəcə isti təşkil edəcək


Respublika ərazisində sentyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 20-24°, gündüz 27-32° isti təşkil edəcək.

Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti olacağı gözlənilir.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 30-35° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 19-24° isti olacağı proqnozlaşdırılır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq, lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, şərq küləyi əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacağı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şərq küləyi əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 18-21°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 22-27° isti təşkil edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar