Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Paytaxtda ət və çörək bahalaşıb

Tarix: 30-08-2018 16:09     Baxış: 3350 A- / A+
Paytaxtda ət və çörək bahalaşıb


2018-ci ilin iyul ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri iyun ayına nisbətən 0,6 faiz ucuzlaşıb.


Manevr.az bildirir ki, Bakı Statistika İdarəsindən oxu.Az-a bildiriblər ki, ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz ucuzlaşıb.

Xidmətlər üzrə qiymətlər isə eyni səviyyədə qalıb.

Bakıda ət və çörək bahalaşıb

Konkret olaraq məhsullar üzrə qiymət indekslərinə gəlincə, 2018-ci ilin iyul ayında iyun ayına nisbətən istehlak bazarında “Çörək məmulatları və yarmalar” qrupu 0,1 faiz, “Ət məhsulları” qrupu 0,3 faiz, “Balıq məhsulları” qrupu 1,1 faiz, “Yağ və piylər” qrupu 0,2 faiz, “Qənd, cem, bal, şokolad və konfetlər” qrupu 0,2 faiz, “Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,2 faiz, “Mineral sular, sərinləşdirici içkilər və şirələr” qrupu 0,1 faiz, “Araq, brendi (konyak)” qrupu 0,2 faiz, “Pivə” qrupu 0,1 faiz bahalaşıb.

Qeyri-ərzaq məhsullarından “Mebel və ev əşyaları” qrupunun qiyməti 0,1 faiz, “Tibb təyinatlı digər məhsullar” qrupu 0,2 faiz, “Telefon aparatları” qrupu 0,4 faiz, “Dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimat” qrupu 0,5 faiz, “Şəxsi gigiyena üçün digər məmulatlar” qrupu 0,1 faiz, “Zərgərlik məmulatları” qrupu 0,6 faiz, “Sair şəxsi istifadə əşyaları” qrupu 0,9 faiz yüksəlib.

Ödənişli ali təhsilin qiyməti yüksəlib

O ki qaldı xidmət sektoruna, hesabat dövründə Bakı şəhərində bu seqmentdə də qiymət artımı baş verib. 2018-ci ilin iyul ayında iyun ayına nisbətən “Paltarların təmizlənməsi, təmiri və kirayəsi“ qrupu 0,5 faiz, “Dəmiryol sərnişindaşıma nəqliyyatı xidmətləri” qrupu 4,6 faiz, “Hava sərnişindaşıma nəqliyyatı xidmətləri” qrupu 2,2 faiz, “Ödənişli ali təhsil haqqı” qrupu 0,5 faiz, “Mehmanxana xidməti” qrupu 0,7 faiz, “Bərbərxana və kosmetik xidmətlər” qrupu 0,1 faiz bahalaşıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar