Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

İcbari tibbi sığortanın qiyməti açıqlanıb

Tarix: 29-08-2018 19:43     Baxış: 3256 A- / A+
İcbari tibbi sığortanın qiyməti açıqlanıb


Azərbaycan Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta xidmətləri almaq üçün sığorta haqlarının təxmini məbləğini müəyyənləşdirib.

Manevr.az xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlamasında dövlət agentliyinin direktoru Zaur Əliyev deyib.

“Bu proses pilot layihənin nəticələrinə əsasən həyata keçirilib və artıq, demək olar ki, başa çatdırılıb. Hesablamalarımızın nəticəsini və iqtisadi vəziyyəti nəzərə alaraq, biz bu məbləği 120 manat müəyyən etdik. Yəni, vətəndaş icbari tibbi sığorta etdirmək üçün aylıq 10 manat ödəməlidir”, – Əliyev deyib.

Dövlət agentliyinin direktoru bildirib ki, ölkə vətəndaşlarının bəzi kateqoriyaları sığorta haqlarının ödənilməsindən azad olunacaq.

“Bunlar uşaqlar, pensionerlər, əlillər və aztəminatlı ailələrdir. Onların icbari tibbi sığorta ilə bağlı xərclərini dövlət öz üzərinə götürəcək”, – Əliyev qeyd edib.

Direktor əlavə edib ki, əhali sığorta haqlarını hissə-hissə ödəmək imkanı qazanacaqlar.

“İşlə təmin olunan insanlar, əlbəttə ki, sığorta haqlarını qismən ödənilməsi imkanı qazanacaq”, – Əliyev qeyd edib.

Azərbaycanda İcbari Sığorta üzrə Dövlət Agentliyi 2016-cı ilin fevralından fəaliyyətə başlayıb. 2016-cı ilin sonundan ölkədə İcbari Tibbi Sığorta pilot layihəsinin reallaşdırılmasına start verilib. Hazırda bu layihə Mingəçevir, Yevlax və Ağdaş rayonlarını əhatə edir./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar