Xəbər lenti
Rusiya 300 min əsgər, 36 min tankla… – Şoyqu açıqladı

“Şərq-2018” hərbi təlimi sentyabrın 11-dən 15-nə qədər keçiriləcək.
Manevr.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. Onun sözlərinə görə, bu təlim 1981-ci ildən bu yana Rusiyada keçirilən ən böyük təlim olacaq.
O, təlimdə 300 min hərbçi, 36 min tank, ZTR və digər hərbi avtomobillərin, 1000-dən çox vertolyot, təyyarə və pilotsuz uçan aparatın iştirak edəcəyini bildirib:
“Bu təlim müəyyən qədər “Qərb-81” təlimini təkrarlayır, amma ondan daha miqyaslıdır. Təlimlər Rusiyanın Mərkəzi və Şərq Hərbi dairələrinin bütün poliqonlarında keçiriləcək. Sakit okean və Şimal donanması da təlimə cəlb ediləcək”.
Qeyd edək ki, “Qərb-81” təlimi 1981-ci ilin sentyabrında Belarus, Baltikyanı və Ukraynada baş tutub. Təlimə SSRİ ordusu ilə bərabər, o zaman Lex Valensanın rəhbərliyi ilə genişmiqyaslı aksiyaların keçirildiyi Polşa Xalq Respublikasnın da ordusu qoşulub. Məhz bu təlimdən 3 ay sonra Polşada hərbi vəziyyət tətbiq edilmişdi. Nəticədə hökumətin rəhbərliyinə Müdafiə naziri Voytsex Yaruzelski gətirilmişdi. İllər sonra mətbuata açıqlama verən Yaruzelski məhz bunun sayəsində 1981-ci ildə SSRİ ordusunun Polşaya müdaxiləsinin qarşısını aldığını bildirmişdi.\axaraz.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar