Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

İrandan GÖZDAĞI: ABŞ bu gücə sahib deyil

Tarix: 28-08-2018 12:22     Baxış: 3368 A- / A+
İrandan GÖZDAĞI: ABŞ bu gücə sahib deyil


ABŞ hərbi olaraq İranla qarşı-qarşıya gələcək gücə sahib deyil.
Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, belə bəyanatla İranın daxili işlər naziri Abdulrəhman Rəhman Fəzli çıxış edib.

Nazir Kirmanşah valiliyində təşkil edilən Müqavimət İqtisadiyyatı Şurasının konfransında İran və ABŞ arasındakı nüvə böhranına toxunub.

“Biz bir dəfə müzakirə etdik və razılaşdıq. Biz bu anlaşmaya sadiq qalmayan bir tərəflə yenidən müzakirələr apara bilmərik”, – o deyib.

Müzakirələrin yenidən başlanması üçün ABŞ-ın İranın nüvə proqramı üzrə Hərtərəfli birgə iş Planına qayıtmalı olduqlarını deyən Fəzli qeyd edib ki, Birləşmiş Ştatlar ilk olaraq İran tərəfindən irəli sürülən şərtləri yerinə yetirməlidir.

“Onlar bütün öhdəliklərini yerinə yetirməli və İran xalqından üzr istəməlidirlər. Bunlar edildikdən sonra bərabər şərtlərlə müzakirə masasına oturmağa çalışa bilərik. İran həmişə müzakirəyə hazırdır, lakin hər iki tərəf bir-birilərinin hüququna hörmət etməlidir. ABŞ-ın təhdid xarakterli davranışı xoş deyil. Onların davranışı hərbi davranışdır və davamlı olaraq təhdid edirlər, ancaq hərbi olaraq İranla qarşı-qarşıya gələcək gücə sahib deyillər”, – İran rəsmisi bildirib.

ABŞ-ın İranla bərabər hərbi gücə sahib olmadığını deyən nazirin sözlərinə görə, bunun bir göstəricisi də Suriya və digər ölkələrdə uzun müddətdir davam edən müharibələrdir./


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar