Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Ordubadda hamı bu avtomobildən danışır: cəmi 3 min manatla... - FOTO - FOTOLAR

Tarix: 27-08-2018 09:42     Baxış: 2298 A- / A+
Ordubadda hamı bu avtomobildən danışır: cəmi 3 min manatla... - FOTO



Ordubad rayonunun Əndəmic kənd sakini Məmmədli Sahil Malik oğlu aldığı köhnə "UAZ" markalı avtomobilini cüzi vəsait xərcləyərək möhtəşəm şəkildə yığıb.


Manevr.az-ın məlumatına görə, qaynarinfo-ya açıqlama verən Sahil Məmmədli avtomobilin Ordubadda maraqla qarşılandığını bildirib. Özü də avtomobil təmiri sənətini öyrənən S.Məmmədli avtomobili ustası Mehdiyev Nüsrət Qüdrət oğlu ilə birgə yığdıqlarını deyib. 3 min manata alınan avtomobilin bu formada yığılmasına əlavə 3 min manat xərclənilib.

O, "UAZ"ın hazırkı rəngini əldə etmək üçün müxtəlif qarışımlardan istifadə etdiklərini və detalların hamısının original olduğunu söyləyib.

Hazırda avtomobili Sahilin atası Malik Məmmədov idarə edir və o, Ordubada gələn qonaqları, yaxud elə rayon sakinlərini dağ kəndlərinə səfərə aparır.

M.Məmmədov ucqar kəndlərə hər avtomobilin gedib çıxa bilmədiyini, bunun üçün qoşa diferli avtomobilə ehtiyac olduğunu qeyd edib.

M.Məmmədov daim böyük avtomobillər idarə etdiyini və bu şəkildə sürücülükdə də peşəkarlaşdığını bildirib. O, avtomobili daha da təkmilləşdirəcəklərini söyləyib.

Ordubadda hamı bu avtomobildən danışır: cəmi 3 min manatla... - FOTO
Ordubadda hamı bu avtomobildən danışır: cəmi 3 min manatla... - FOTO
Ordubadda hamı bu avtomobildən danışır: cəmi 3 min manatla... - FOTO
Ordubadda hamı bu avtomobildən danışır: cəmi 3 min manatla... - FOTO
Ordubadda hamı bu avtomobildən danışır: cəmi 3 min manatla... - FOTO
Ordubadda hamı bu avtomobildən danışır: cəmi 3 min manatla... - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar