Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Özümə bomba arvad tapmışam, mənim tüküm çıxmır…” – Ələ salınan salonun sahibi danışdı (VİDEO)

Tarix: 25-08-2018 17:39     Baxış: 2326 A- / A+
“Özümə bomba arvad tapmışam, mənim tüküm çıxmır…” – Ələ salınan salonun sahibi danışdı (VİDEO)


Çəkdikləri reklam videolarına görə hər kəs tərəfindən ələ salınan gözəllik salonu…


Manevr.az
minval.İnfo-ya istinadən xəbər verir ki, söhbət “Face Studio”-dan gedir. “Tüklərini təmizlə, ərə get” şüarına bənzər şüar altında çəkilən reklam videoları izləyənlərin gülüşünə səbəb olur, tənqid edilir və ələ salınır.

Videolarda, “Özümə bomba arvad tapmışam”, “Sənin kimi tupoy deyiləm, mənim tüküm çıxmır” “Cadunu “Face Studio”nun lazeri aça bilər” kimi sözlər, ərə getmək üçün “üsulların” təqdim edilməsi ən çox qınağa səbəb olan amillərdir.

Gözəllik salonun rəhbəri Rüfət Badirov bəhs etdiyimiz videolar barəsində müsahibələrinin birində danışıb. “Ərə getmə və falçılar mövzusu üzərində qurulan son reklamlarınız kifayət qədər səs səda saldı. Bu ideyalar nədən qaynaqlanıb” sualına o, belə cavab verib:

“Kevin Devin adlı müəllifin reklamla bağlı bir kitabı var. Orada deyilir ki, hər bir cəmiyyətin ağrılı mövzuları var və əgər siz ictimai fikirdə bir partlayış etmək istəyisinizsə, onları qabartmaq lazımdır ki, effekti olsun. İndiki kimi yadımdadır, Türkiyədə 2-3 il öncə avqustda hovuzun ətrafında oturub həmin kitabı oxuduqca fikirləşirdim ki, yaxşı bizim cəmiyyətin ağrılı mövzusu nə ola bilər və ağlıma ilk gələn elə ərə getmək oldu. Razılaşın ki, elə bir ailə yoxdur ki, orada bu mövzu nə zamansa qabardılmasın.

“Özümə bomba arvad tapmışam, mənim tüküm çıxmır…” – Ələ salınan salonun sahibi danışdı (VİDEO)


O ki qaldı falçı mövzusuna, həmin ərəfədə mətbuatdan oxumuşdum ki, bir xanım əri ilə bağlı bir məsələnin həlli üçün gedib falçının yanına. Həmin falçı isə ona böyük bir cadunun olunduğunu deyərək bunun həllinin cinlərə 300 min manatlıq qonaqlıq verməkdən keçdiyini bildirib. O xanım da aparıb həmin vəsaiti verib onlara və dələduzlar da sonradan həbs olunub. Bu hadisə məndə böyük şok effekti yaratdı, yəni necə olur ki, insanlar bu cür cəfəngiyyata inanırlar. Bilirəm ki, roliklər bir mənalı qarşılanmayıb, bu baxımdan bir məsələyə məxsusi olaraq aydınlıq gətirmək istəyirəm.

Bu roliklər əsla auditoriyanın səviyyəsini kiçiltmək məqsədi daşımır. Biz bu reklamlara bəzilərinin həyat prinsiplərini yenidən gözdən keçirməsi üçün bir vasitə kimi baxırıq. Reklamda bir çoxları özlərini görüb, acı həqiqətlə barışmadıqda isə ən asan yolu öz neqativini bu tip məsələləri qabardanlara yönəltməkdə görürlər. Ancaq bizim üçün əsas olan bu rolikləri sadəcə təbəssümlə qarşılayıb keçən azsaylı tamaşaçılardı. Məhz onların şərhləri bizi gələcəkdə də bu tip mövzuları gündəmə gətirməyə həvəsləndirir və bunun ardı olacaq”.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar