Xəbər lenti
Bunları bilmirsiniz: Xoşbəxtliyiniz doğum gününüzdən aslıdır...
Fen-şuy fəlsəfəsinə görə, xoşbəxt cinsi həyata qovuşmağın sirri insanın öz təbii elementini tapmasından keçir. Təbiətdəki əsas elementlərdən hansının sizə uyğun olduğunu öyrənmək isə çox asandır. Çünki elementlər illərə və aylara görə kateqoriyalaşdırılıb. Odur ki, doğum tarixinizə uyğun olaraq öz elementinizi tapa bilərsiniz.
Həm özünüzün, həm də partnyorunuzun elementini biləndən sonra yataq otağında həyəcanlı dəqiqələr keçirə bilərsiniz.
Beləliklə, "Ailə dostu" çərçivəsində mükəmməl seks üçün fen-şuy təliminə əsaslanan qaydaları təqdim edirik:
Əvvəlcə təbii elementinizi tapın!
2 fevral 1956 - 17 fevral 1958 - Od
18 fevral 1958 - 27 yanvar 1960 - Torpaq
28 yanvar 1960 - 4 fevral 1962 - Metal
5 fevral 1963 - 12 fevral 1964 - Su
13 fevral 1964 - 20 yanvar 1966 - Odun
21 yanvar 1966 - 29 yanvar 1968 - Od
30 yanvar 1968 - 5 fevral 1970 - Torpaq
6 fevral 1970 - 14 fevral 1972 - Metal
15 fevral 1972 - 22 yanvar 1974 - Su
23 yanvar 1974 - 30 yanvar 1976 - Odun
31 yanvar 1976 - 6 fevral 1978 - Od
7 fevral 1978 - 15 fevral 1980 - Torpaq
16 fevral 1980 - 24 yanvar 1982 - Metal
25 yanvar 1982 - 1 fevral 1984 - Su
2 fevral 1986 - 9 fevral 1988 - Odun
10 fevral 1990 - 17 fevral 1992 - Od
İndi isə partnyorunuza uyğun olan elementi müəyyənləşdirib, onun seks arzularından xəbərdar ola bilərsiniz.
Metal
Cinsi enerji: Güclü və erotik enerjiyə sahibsiniz. İdarəçiliyi əlinizdə saxlamaq istəyirsiniz. Üstdə olduğunuz pozaları daha çox xoşlayırsınız. Masturbasiya ilə məşğul olmaqdan çəkinmirsiniz. Yeniliklərə açıqsınız. Tabuları yıxmağı xoşlayırsınız. Sizin seks həyatınız olduqca əyləncəlidir.
Fen-şuy ipucu: daha güclü bir enerjiyə sahib olmaq üçün tünd göy rəngli stəkanı su ilə doldurub içərisinə dəmir pul və ya qızılı rəng muncuqlar, xırda əşyalar atın. Stəkanı otağın sağ küncünə qoyun. Otağınızın cənuba baxan tərəfinə isə kiçik bir gecə lampası yerləşdirin.
Odun
Cinsi enerji: Həmişə mükəmməli arzulayırsınız. Yeniliklərə açıqsınız. İdeal bədən fiqurası sizin üçün çox önəmlidir. Seksdə orqazm deyil, ona qədər gedilən yola daha çox əhəmiyyət verirsiniz. Xırda detallar düşüncələrinizi çox məşğul edir. Gigiyenik normalara əməl etmək sizin üçün çox önəmlidir.
Fen-şuy ipucu: siz uzun müddət davam edən sevişmələri xoşlayırsınız. Ona görə də, fen-şuy enerjisindən yardım almalısınız. Taxta bir qabın içərisinə qara və ya tünd göy rəngdə qoxulu çubuqlar yerləşdirib yatağınızın kənarına qoyun. Otağın şimala baxan hissəsinə beş ədəd qırmızı mum qoymaq da faydalıdır. Bu mumları dibində su olan şüşə bir qabın içərisinə düzsəniz, daha yaxşı olar.
Su
Cinsi enerji: Siz əsl romantiksiniz. Sizin üçün sevişmədən öncəsi hər şeydən önəmlidir. Partnyorunuzu xoşbəxt etməyi bacarırsınız. İstəklərinizi açıq şəkildə deməkdən çəkinmirsiniz.
Fen-şuy ipucu: otağınızın cənuba baxan hissəsinə mavi rəngli bir mum qoyun. Mumu bir aynanın üzərinə qoysanız, daha yaxşı olar. Yataq otağının dekorasiyasında çəhrayı, mavi və ya qırmızı rəngə üstünlük verin.
Od
Cinsi enerji: Enerjiniz həddən çoxdur. Hər kəsi özünüzə valeh etməyə qadirsiniz. Təbii olmağı xoşlayırsınız. Qeyri-adi fantaziyalarınız var. Partnyorunuz da ən az sizin qədər enerjili və yeniliklərə açıq olmalıdır.
Fen-şuy ipucu: Yatağınızın yanına böyük bir ayna yerləşdirin. Bu cinsi performansınızı artıracaq. Yataq otağınızın divarlarını mənalı rəsm əsərləri ilə bəzəyin. Açıq-saçıq rəsm əsərləri və ya dəniz mənzərəli romantik rəsm əsərləri yaxşı seçim ola bilər.
Torpaq
Cinsi enerji: Olduqca seksual və xarizmatiksiniz. Diqqəti üzərinizə toplamağı yaxşı bilirsiniz. Ön sevişmə sizin üçün mühümdir. Sevmədiyiniz insanla sevişə bilməzsiniz. Masajı çox xoşlayırsınız.
Fen-şuy ipucu: Otağınızın şərqə baxan hissəsinə rəngli daşlarla və ya kristallarla dolu şüşə qab qoyun. Bu, enerjinizin yüksəlməsinə kömək edəcək. Yataq otağınızı məxmərlə örtülmüş əşyalarla bəzəyin. Məxmər həssaslığınızı artıracaq. regioninfio.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar