Xəbər lenti
Ərəb qadınlar niyə doğmaq istəmirlər? - İLGİNC SƏBƏBLƏR
Manevr.az oxu.az-a istinadən bildirir ki, ərəb dünyasında qadınların uşaq dünyaya gətirməmək istəklərini etiraf etmələri qadağandır. Ancaq son vaxtlar onlar həyatda əsas məqsədlərinin ana olduğunu deyən dünyəvi müdrikliyə qarşı çıxırlar.
Mən onlarla ərəb qadınla söhbət etdim və onlardan niyə uşaq dünyaya gətirmək istəməmələrini aydınlaşdırmağı xahiş etdim.
"Bugünkü reallığı nəzərə alaraq, uşaq dünyaya gətirmək eqoistlikdir"
"Uşaq dünyaya gətirmək istəmirəm. Çünki Yəmən və digər ərəb ölkələri bütün uşaqlar üçün əsas insan hüquqlarına zəmanət vermir. Bugünkü reallığı nəzərə alaraq, uşaq dünyaya gətirmək eqoistlikdir. Və eyni zamanda, ölkə əhalisinin inanılmaz sürətdə artdığı dövrdə bizim həyat resurslarımız azalır. Ona görə də, əgər belə davam etsə, dünyada yemək resursları azalacaq.
- Marva, 26 yaş, arxitektor
"Oğlum və ya qızım onları niyə dünyaya gətirdiyimi soruşanda, övladlarımızın gözlərinə baxa biləcəyimə şübhə edirəm"
"Nəyə görə övladımı Misirdə böyütməliyəm?! Burada zərərli qidalar verilir, çirkli su içilir, hava da həddindən artıq çirklənib.
Bundan başqa, övladım layiqli insan kimi böyüsə, böhtan atılaraq, asanlıqla həbsxanaya düşəcək. Əgər bu baş versə, oğlum və ya qızım onları niyə dünyaya gətirdiyimi soruşanda, övladlarımızın gözlərinə baxa biləcəyimə şübhə edirəm".
- İsra, 27 yaşı, müəllim
"Övlad istəmirəm, çünki onların verdiyi sualların 70 faizini cavablandıra bilməyəcəyəm"
"Əlbəttə, övlad sahibi olmaq gözəldir. Ancaq övlad istəmirəm, çünki onların verdiyi sualların 70 faizini cavablandıra bilməyəcəyəm. Misal üçün, onlar fəlsəfə və din məsələləri ilə bağlı sual verdikdə, necə cavablandıracağam? Onlar mənə inanırlar və hesab edirlər ki, bütün sualların düzgün cavabını bilirəm. Ancaq bununla bağlı, ümumiyyətlə, heç nə bilmədiyimi etiraf etməliyəm?
Ailənin, sevdiyin insanla bu dünyada iz qoymağın nə olduğunu bilmək istəyirəm. Ancaq hesab etmirəm ki, başqasının həyatına görə məsuliyyəti üzərimə götürə bilərəm. Əminəm ki, övladlarım onlara təqdim etdiyim həyat şərtlərindən tam razı qalmayacaqlar.
Əlbəttə, qardaşım övladlarını görəndə, ürəyim yanır, ancaq bilirəm ki, uşağı tərbiyə etmək asan deyil".
- Nada, 22 yaş, yazar
"Dünya çox zərərli və dağıdıcı hala gəlib"
"Bu gün qadınlara çox təzyiqlər edilir. Elə hesab olunur ki, analıq hamımız üçün təbii instinktdir. Bunu təsdiq edən heç bir elmi sübut yoxdur. Hesab edirəm ki, bir çox qadınlar ailəsindəki təzyiqlərə görə uşaq dünyaya gətirir. Düşünürəm ki, uşaq dünyaya gətirmək eqoistik və qeyri-insani hərəkətdir, çünki dünya çox zərərli və dağıdıcı hala gəlib".
- Nur, 19 yaş, tələbə
"Hətta bütün dünya məndən asılı olsaydı, uşaq dünyaya gətirməzdim"
"Özümü ana olmaq üçün güclü qadın hesab etmirəm. Hamı deyir ki, buna görə təəssüflənəcəyəm və analıq bütün qadınlar üçün təbii instinktdir. Elə insanlar var ki, onlar qadınların bəşəriyyətin əsasını təşkil etdiyini və dünyanın yaxşı olması üçün uşaqların tərbiyəsinin qadınlara tapşırılmalı olduğunu deyirlər.
Ancaq bəziləri buna sırf bioloji tərəfdən baxırlar. Bu fikirləri bir-birindən fərqləndirmirəm. Hətta bütün dünya məndən asılı olsaydı, uşaq dünyaya gətirməzdim, çünki özümdə bu arzunu hiss etmirəm".
- Lama, 33 yaş, mühasib
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar