Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın istənilən yerindən internetə qoşula bilərsiniz - Yenilik

Tarix: 20-08-2018 20:17     Baxış: 4208 A- / A+
Dünyanın istənilən yerindən internetə qoşula bilərsiniz - Yenilik


“Alcatel” şirkəti dünyanın istənilən nöqtəsindən İnternetə sürətli qoşulma üçün HH40V portativ marşrutlayıcısını təqdim edib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, Qualcomm MDM9207 çipi üzərində qurulan cihaz bütün şəbəkə standartlarını, o cümlədən 4G şəbəkəsini dəstəkləyir.

Bundan başqa, marşrutlayıcını simli “Ethernet” texnologiyası vasitəsilə istifadə etmək olar. “Alcatel HH40V” iki “Ethernet” portu və 150 Mbit/san yükləmə sürətinə malik 4G LTE modulu ilə təchiz edilib.

Yeni qurğu “Wi-Fi” şəbəkəsini eyni anda 32 istifadəçi üçün 300 Mbit/san sürətində paylayır. Daim internetə qoşulmuş vəziyyətdə qalmaq üçün “Alcatel HH40V” marşrutlayıcısında əsas və ehtiyat qoşulma rejimlərini seçmək mümkündür.

Məsələn, kabel vasitəsilə əlaqə itən zaman 4G qoşulma avtomatik aktivləşir. LTE siqnalının gücləndirilməsi üçün qurğu 2 desibel əmsallı iki antenadan istifadə edir. “Alcatel HH40V” marşrutlayıcısının qiyməti 70 ABŞ dolları təşkil edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar