Xəbər lenti
KQB zabiti Azərbaycan səmasında “uçan boşqabdan” danışdı və öldü- FOTO
Mən Azərbaycanda xidmət edərkən uçan naməlum obyekt (UNO) görmüşəm. Obyekt hərbi hissəmizin üzərindən uçurdu. Diametri... Paralel kurslarda havada olan pilotlar müxtəlif rəqəmlər deyirdilər.
Manevr.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Komsomolkaya pravda" müsahibəsində ehtiyatda olan mayor, keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ("KQB") Üçüncü Baş İdarəsinin (Daxili təhlükəsizlik və sovet ordusunda əks-kəşfiyyat) əməkdaşı Vasili Kuzminıx bildirib.
Keçdiyi həyat yolundan danışan Kuzminıx, Azərbaycanda xidmətini də xatırlayıb və ölkəmizdə olarkən UNO gördüyünü bəyan edib.
"Onu uzaqdan görən pilotlar iddia edirdilər ki, diametri 800 metrdir. Lap yaxından uçanlar isə, 80 metr - stadion kimi olduğunu bildirirdilər. Sadəcə rənginə görə qaz sobasında alovun rəngini xatırladan mavi şar.
O, saatda 700 kilometr sürətlə hərəkət edirdi, bir hündürlükdə. O zaman izahını tapa bilmədilər. Mən bu fikrə gəldim ki, baş verənlər bildiklərimizin sərhədlərini aşır. Yeri gəlmişkən, pilotlar deyirdilər ki, atmosferdə turbulentlik olmayıb. Yəni, aydındır: təbiət bizim deyildi.
Yadımdadır, rəhbərlik bu hadisə ilə bağlı bütün sənədləri məndən aldıqdan sonra dedi: "İndi mən sənin bu kağızlarına nə qətnamə yazmalıyam? Qısası, mən onlarım hamısını cırıram! Bəsdir boş işlərə məşğul oldun! Yaxşısı budur get casus axtar", - deyə, ehtiyatda olan mayor müsahibəsində bildirmişdi.
Qeyd edək ki, "Komsomolskaya pravda"nın müxbirinin sözlərinə görə, bu, keçmiş "KQB" zabitinin ilk və son müsahibəsi olub. O, öz müsahibəsi dərc olunmazdan bir neçə gün əvvəl dünyasını dəyişib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar