Xəbər lenti
Bakıda metro stansiyası ilə bağlı açıqlama - Sərnişinlərin nəzərinə!

“Bakmil” stansiyası qarşıdakı istirahət günlərində də adi qaydada işləyəcək.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, təmir işləri ilə əlaqədar sərnişinlərin giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) şənbə və bazar günləri, yəni 18-19 avqust tarixlərində tətbiq edilməyəcək.
Sərnişinlər “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.
Qeyd edək ki, yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin “Bakmil” stansiyasına giriş-çıxışı avqust ayının 8-dən, müvəqqəti, 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.
Qeyd edilən saatlarda məhdudiyyət yeni iş həftəsinin əvvəlindən - avqust ayının 20-dən tətbiq ediləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar