Xəbər lenti
Telefondakı proqramla hamiləlikdən qorunmaq mümkün olacaq
FDA İsveç telefon əlavəsi olan Natural Cycles adlı doğum kontrol proqramının istifadəsinə rəsmən icazə verdi.
Manevr.az medicina.az-a istinadən bildirir ki, proqram artıq ABŞ və İngiltərədə qəbul olunub.
Belə ki, əlavəni smartfonuna yükləyən istifadəçi xüsusi hərarətölçən əldə edir. Proqramın əsasında bədənin hərarəti və menstruasiya dövrünü qeydə alan alqoritm durur. Proqram qadına hansı günlərdə hamiləliyin baş vermə ehtimalı olduğunu bildirir. Qadınlar buna əsasən həmin günlərdə intim əlaqədən uzaq dura bilər.
Proqramı İsveçin bir neçə fiziki 2013-cü ildə hazırlayıb.
Rəqəmsal kontraseptivdən istifadə edən 15.000 qadının 30-da səhv günlərin göstərildiyi məlum olub.
Alqoritm bəzən səhv edə bilər, amma ümumilikdə çox effektivdir. Bu proqram qadınları lazım olmayan günlərdə dərman kontraseptivlər qəbul etməkdən xilas edəcək.
Lakin qadınlar bilməlidir ki, istənilən kontraseptiv ideal deyil, hətta ən dəqiq proqramla belə arzuolunmaz hamiləlik baş verə bilər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar