Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

DİM sədri: "600-610 bal toplayan 6 abituriyent ali məktəbə qəbul olmayıb"

Tarix: 16-08-2018 16:17     Baxış: 4288 A- / A+
DİM sədri: "600-610 bal toplayan 6 abituriyent ali məktəbə qəbul olmayıb"

"Bəzən ancaq ödənişsiz və dövlət sifarişli yer seçən abituriyentlər arasında ali məktəbə qəbul ola bilməyənlər var".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, buna səbəb həmin abituriyentlərin yalnız bir neçə və keçid balı yüksək olan ixtisas seçmələridir: "Birinci ixtisas qrupunda 540-dan yüksək bal toplayan heç bir abituriyent kənarda qlamayıb. 530-539 bal arasında nəticə göstərsə də, ali məktəbə qəbul olmayan 1 abituriyent olub. 520-530 bal arasında nəticə gösətərən bir abituriyent ali məktəbə qəbul olmayıb. Birinci qrupda 500-dən yuxarı nəticə göstərib, ixtisas seçimi edən yalnız iki abituriyent ali məktəbə qəbul olmayıb. İkinci ixtisas qrupunda 490 baldan yuxarı bal toplayan və ixtsas seçimi edən hər bir abituriyent ali məktəbə qəbul olub. 28 nəfər 400 baldan çox toplasa da, ali məktəbə qəbul olmayıb. Onların da ikinci mərhələdə iştirak etmək imkanı var. Üçüncü qrupda 500-540 arasında bal toplayan 21 nəfər ali məktəbə qəbul olmayıb. Dördüncü ixtisas qrupu üzrə müsabiqə vəziyyəti yüksək olub. Ona görə də 610 baldan yüksək nəticə göstərən hər kəs ali məktəbə qəbul olub. 600-610 bal toplayan 6 nəfər ali məktəbə qəbul olmayıb, çünki onlar cəmi 2 ixtisas seçiblər. 500-dən yuxarı bal toplayıb ali məktəbə qəbul olmayan cəmi 44 nəfər olub".(publika)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar