Xəbər lenti
Azərbaycanda məşğul və işsiz əhalinin sayı açıqlandı
Azərbaycanda məşğul və işsiz əhalinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci il avqustun 1-i vəziyyətinə əsasən iqtisadi fəal əhalinin sayı 5120,8 min nəfər olub, onlardan 4869,2 min nəfərini məşğul əhali təşkil edib.
Bu ilin II rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilən və müddəti uzadılan iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2334 nəfər olub. Onlardan 33,3 faizi tikintidə, 30,2 faizi mədənçıxarma sənayesində, 8,6 faizi emal sənayesində, 6,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 3,6 faizi təhsil və 13,0 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olublar.
2018-ci ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148,0 saat təşkil edib.
Bu ilin avqustun ayının 1-i vəziyyətinə əsasən, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 36,1 min nəfər olub, onların 37,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 273,9 manat olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar