Xəbər lenti
Mikroçip erası: Düyü boyda alət bütün dünyanı dəyişdirəcək – FOTO

Mikroçip dəri altına yeridilən xırda ölçülü, zərərsiz qurğudur. Bu günədək bu alət ev heyvanları üzərində sınanmışdı. İndi isə növbə insanlara çatıb. ABŞ-ın CNBS kanalında yayımlanan verilişdə bu mövzudan bəhs olunub.
Manevr.az publika.az-a istinadən bu televiziya proqramının əsas məzmunu haqda olan yazını təqdim edir.
ABŞ-nın “Three Square Market” (Üç Meydan Market) adlanan mağazalar şəbəkəsinin içraçı direktoru Todd Uestbi bütün ofis əməkdaşlarının işinə yarayacaq bir ixtira təklif edir. O, işçilərin əllərinə düyü ölçüsündə mikroçiplərin yerləşdirilməsi fikrindən bəhs edib. Bu çiplərin köməyi ilə işçilər ofisin giriş qapılarını aça, yemək sifariş edə və kompüterlərə, kassalara kodsuz giriş imkanları qazana biləcəklər.

Uetsbi: “Bu düyüvari alət əlin baş barmağı ilə işarət barmağı arasındakı dərinin altına yeridilir. Əməliyyatın məbləği 300 dollardır və tam ağrısız həyata keçirilir. Bizim 50 nəfər könüllü işçimiz bu günlərdə mikroçip əməliyyatı etdirib, öz ofis qayğılarını azaldacaqlar.
Tezliklə, mağazalar şəbəkəsinin bütün əməkdaşları bu sistemdən faydalanmağa başlayacaqlar.

Mikroçiplərin əsas özəlliyi odur ki, hakerlər tərəfindən kodun oğurlanma qorxusu yoxdur və olduqca təhlükəsiz qurğudur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar