Sizin Reklam Burada
Xəbər lenti
03-08-2026
02-08-2026
BÜTÜN XƏBƏRLƏR

Yeni texnologiya TELEFONLAR pasportları ƏVƏZ edəcək

Tarix: 11-08-2018 10:11     Baxış: 2378 A- / A+
Yeni texnologiya TELEFONLAR pasportları ƏVƏZ edəcək


ABŞ-ın Patent və Əmtəə Nişanları Bürosu “Apple” şirkətinin “iPhone” smartfonu vasitəsilə şəxsiyyətin identifikasiyası texnologiyası üçün müraciətini qeydə alıb.

Manevr.az “RİA” agentliyinə istinadla xəbər verir ki, texnologiyanın smartfondan pasport əvəzinə istifadəyə imkan verəcəyi nəzərdə tutulur. İdeya mühafizəli saxlancdan şifrələnmiş istifadəçi məlumatlarının informasiyanı tələb edən orqana təqdim edilməsi üzərində qurulur.

Şirkət qurğudan informasiyanı radiotezlik identifikasiya texnologiyası – məsələn, əksər smartfonlarda istifadə edilən “NFC” vasitəsilə ötürməyi planlaşdırır. Mütəxəssislərin planına görə, məlumatların qanunsuz müdaxilələrdən mühafizəsini “Touch ID” və “Face ID” biometrik identifikasiya texnologiyaları təmin edəcək.

Konsepsiya geniş sahələri əhatə edə bilər: onu həm özəl şirkətlər (məsələn, əməkdaşlar üçün buraxılış sistemində), həm də dövlətlər (pasport yoxlanışında) tətbiq edə bilər.

“Apple” şirkətinin hər həftə büroya çoxlu müraciətlər göndərməsinə baxmayaraq hazırlanan texnologiyaların cüzi hissəsi son məhsullarda tətbiq olunur. /A24.Az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar