Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana qaçmış seksual manyak ölkəsinə verildi

Tarix: 10-08-2018 19:02     Baxış: 2384 A- / A+
Azərbaycana qaçmış seksual manyak ölkəsinə verildi


Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Sabri Sökmenin öz ölkəsinə təhvil verilməsi barədə Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə iclası yekunlaşıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, S.Sökmen barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə onun Türkiyəyə ekstradisiya edilməsi barədə qərar çıxarıb. O, məhkəmə zalında həbs edilib, ölkəsinə ekstradisiya olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, S.Sökmen 2011-ci ildə Türkiyədə təcavüz etməkdə ittiham edilib. Lakin o, məsuliyyətdən yayınmaq üçün Azərbaycana qaçıb. Daha sonra S.Sökmen beynəlxalq axrarışa verilib.

O, bu il Azərbaycanda saxlanılıb, lakin barəsində həbs qətimkan tədbiri seçilməyib. Türkiyə tərəfi isə S.Sökmenin ekstradisiya edilməsini istəyib.

Məlumata görə, Türkiyədə S.Sökmen barəsində başlanılan cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məhkəmə onun barəsində 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. /istiPress-in/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar