Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

ÇAĞIRIŞ:"KÜÇƏLƏRDƏ QURBAN KƏSİMİ İLƏ MƏŞĞUL OLANLARA QARŞI TƏDBİR GÖRÜLMƏLİDİR”

Tarix: 09-08-2018 22:13     Baxış: 2364 A- / A+
ÇAĞIRIŞ:"KÜÇƏLƏRDƏ QURBAN KƏSİMİ İLƏ MƏŞĞUL OLANLARA QARŞI TƏDBİR GÖRÜLMƏLİDİR”


"Aidiyyəti qurumlar Qurban bayramı ərəfəsində ət kəsiminin sanitar-gigiyenik şəkildə həyata keçirilməsi ilə bağlı müəyyən tədbirlər görsələr də bu, kifayət etmir”.

Bu barədə "Sherg.az”a şərqşünas Seyid Camal Əzimbəyli danışıb.

O qeyd edib ki, hələ də şəhərdə "halal kəsim” adı altında kütləvi şəkildə anti-sanitar şəraitdə qurbanlar kəsilir:

"İnsanların sağlamlığına, rahatlığına zərər vuracaq halların şahidi oluruq. Azərbaycan dünyəvi ölkə olsa da, Qurban bayramı bizdə yüksək səviyyədə qeyd edilir. Bu, sevindirici hadisədir. Lakin hər il Qurban bayramı sanki dəllalların bayramına çevrilir.

ÇAĞIRIŞ:"KÜÇƏLƏRDƏ QURBAN KƏSİMİ İLƏ MƏŞĞUL OLANLARA QARŞI TƏDBİR GÖRÜLMƏLİDİR”


Maddi baxımdan insanların haqqına girirlər. Dinə aidiyyəti olmayan şəxslər bu bayramı özləri üçün fürsət hesab edirlər. Ticarət edə bilərlər, amma həddi aşmaq, kiminsə haqqına girmək lazım deyil.

Küçədə harada gəldi qurbanların kəsilməsi, halal qurbanlıq olan heyvanın qalıqlarının, baş-ayağının, içalatının günlərlə küçələrdə qalması şəhərdə anti-sanitar vəziyyət yaradır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTİQ)ət kəsimi üçün konkret yerlər müəyyən edib, xəbərdarlıqlar yayımlayıb. Aidiyyəti qurumlar sistemli şəkildə tədbir görəcəklərsə, bu təqdirəlayiqdir”.

C.Əzimbəyli adi günlərdə belə sallaqxanalarda ət kəsiminin sanitar-gigiyenik qaydalara riayət edilmədən aparıldığını xatırladıb:

"Qəssablar kəsdikləri heyvanların qalıqlarını zibil yeşiklərinin yaxınlığına atırlar. Düşünün, Qurban bayramı ərəfəsində vəziyyət necə olacaq?! Bu, İslam mədəniyyətinə, insanlıq adına yaraşmayan addımlardır. Bu dinin çağırışı və qadağaları deyil, içdən vicdan və əxlaq məsələsidir. Elə yerlər var ki, qurban kəsilir, səhəri gün binadan bayıra çıxmaq mümkün olmur. Ona görə, hesab edirəm ki, rahat şəkildə küçələrdə kimlərəsə arxayın olub, qurban kəsimi ilə məşğul olan şəxslərə qarşı tədbir görülməlidir”.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, Qurban bayramı ilə əlaqədar çadırlarda heyvan kəsiminin təşkil olunması üçün ən optimal yerlər müəyyən olunub. Bildirilib ki, AQTA-nın səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirib. Agentlik bayram günlərində küçə və yol kənarlarında qurbanlıq heyvan satmaq və ya kəsmək istəyən şəxslərə yerli İcra Hakimiyyəti orqanları tərəfindən yaradılacaq kəsim məntəqələrinin xidmətlərdən istifadə etməyi tövsiyə edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar