Xəbər lenti
6 bağlanmış bankın əmlakı satışa çıxarılır
Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC "Bank Standard" KB, "Texnikabank" ASC, "Atrabank" ASC, "Kredobank" ASC, "Bank of Azərbaycan" ASC, "Royalbank" ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı 29 lot üzrə satışa çıxarır.
Manevr.az xəbər verir ki, Fonddan verilən məlumata görə, 20 lot üzrə əmlak birinci dəfə, 9 lot üzrə dördüncü dəfə hərraca çıxarılır.
03 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca 8 ədəd bankomat, 2 ədəd generator, 9 ədəd inkasator maşını, Bakıda 1 ədəd qeyri-yaşayış sahəsi, 1 ədəd minik avtomobili, 6 lot üzrə komptyter və rabitə avadanlığı, 1 lot üzrə mebel və texniki avadanlıq, 1 lot üzrə 60 ədəd posterminal satışa çıxarılır.
Əmanətlərin Sığortalanması Fondunun Xammal və Əmtəə Birjası vasitəsilə son zamanlar təşkil etdiyi hərraclarda ləğv prosesində olan QSC "BankStandard" KB, "Texnikabank" ASC, "Bank of Azerbaijan" ASC, "Zaminbank" ASC, "Dekabank" ASC və "Royalbank" ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı satılıb.
Sadalanan ləğv prosesində olan banklara məxsus 17 avtomobil, 5 ədəd bankomat, pul sayan və pul presləyən avadanlıqlar, dörd lot üzrə 340 ədəd mebel və texniki avadanlıq, generator, Bakıda fərdi ev, Qubada qeyri-yaşayış sahəsi və İsmayıllı rayonunda torpaq sahəsi satılıb.
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam edir./trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar