Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yasamalda sökülən evlərə görə verilən kompensasiyanın məbləği açıqlandı

Tarix: 07-08-2018 16:29     Baxış: 3259 A- / A+
Yasamalda sökülən evlərə görə verilən kompensasiyanın məbləği açıqlandı


"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi (AAYDA) paytaxtın Yasamal rayonunda yeni yolun çəkilməsi ilə bağlı görülən işlərlə əlaqədar məlumat yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, yeni yolla bağlı artıq 75 evin söküntüsünə başlanılıb: "Buna səbəb ərazidə 4 zolaqdan ibarət, müasir tələblərə cavab verən yolun çəkilməsidir. Yeni yol Şərifzadə küçəsi ilə Bakı xarici dairəvi yolu birləşdirəcək. Artıq plana düşən evlərin sakinlərinə kompensasiya verilib. Mənzillərin sahibləri evlərindən çıxarılıb və söküntüyə başlanılıb".

A.Nəcəfli bildirib ki, yeni yol Yasamal bazarının yaxınlığından, yəni "ASAN xidmət"in kənarı ilə çəkilir: "Ümumi uzunluğu 1310 metr olacaq yolun hər iki tərəfində piyadaların rahat hərəkəti üçün səkilər salınacaq, müasir işıqlandırma sistemləri qurulacaq".

Qurum rəsmisi ərazidə sökülən evlərə görə həmin mənzillərdə yaşayan ailələrə veriləcək kompensasiya barədə də danışıb: "Kompensasiya mənzilin yerləşdiyi əraziyə görə ödənilir. Mənzilin hər kvadratına görə, ailələrə 1200 manata qədər kompensasiya ödənilir. Ərazidə müxtəlif təyinatlı obyektlər yerləşir. Köçürülən ev və obyektlərin qanuni və qanunsuz olmasına baxmayaraq ev və obyekt sahiblərinə kompensasiyalar veriləcək. Artıq bəzilərinə kompensasiya verilir. Söküntüyə düşən hər daşınmaz əmlaka görə kompensasiya ödənilir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar