Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Qoca"nın qaçış planı ilə bağlı ilginc detallar: gecə qatarda baş verənlərin bütün təfərrüatları

Tarix: 07-08-2018 14:24     Baxış: 2581 A- / A+
"Qoca"nın qaçış planı ilə bağlı ilginc detallar: gecə qatarda baş verənlərin bütün təfərrüatları


Bakıda dustaqların qaçması ilə bağlı yeni məqamlar üzə çıxıb. Qaçan dustaq planın təfərrüatlarını danışıb.


Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov və digərlərinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Manevr.az xəbər veirr ki, musavat.com səs-küylü cinayət işinin əsas iştirakçılarından, vaqondan qaçan dustaq Əli Ağaminin ifadəsini əldə edib. Həmin ifadəsində Əli Ağami vaqondan qaçdıqları gecə baş verənləri və daha sonra etdiklərini danışıb. Əli Ağami ifadəsində özünü qismən təqsirli bilib və yalnız qatardan qaçması ilə bağlı ittihamı qəbul edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qətldə ittiham edilərək 19 il müddətinə azadlıqdan məhrum edilən Əli Ağami öldürülən "Qoca" ləqəbli Etibar Məmmədovun qurbanı olduğunu söyləyib: "7-8 dəfə Lənkərəna etap olunmuşduq. Məhkəməyə kimi mən Masallıda, Etibar Məmmədov Lənkəranda, Tahirlə Əfsər isə Astara, Biləsuvar və ya Cəlilabad polisinin Müvəqqəti Saxlanma Yerində qalırdı. Çünki bizim düşmən olduğumuzu hesab edirdilər, buna görə də bir yerdə saxlamırdılar. Oktyabrın 21-də Lənkərnada etap olunmaq üçün dustaqlarla birgə “Voronok”la xüsusi vaqona gətirildik. Vaqonda olan qarovul rəisi Ceyhun adlı şəxs üzərimizə baxış keçirmədən bizi kameralara yerləşdirdi. Bir neçə saat sonra mühafizəçilərdən biri gəlib məni Etibarın olduğu 8-ci kameraya apardı. Orada tanımadığım arıq bir qadın var idi, onun Etibarla xüsusi vaqonda getməsindən başa düşdüm ki, yaxın münasibətləri var. Ümumi məsələlərdən bir az söhbət edəndən sonra kamerama qayıtdım. Masallıya çatanda polis əməkdaşları məni təhvil alaraq polis şöbəsinə apardılar. Müvəqqəti saxlanma yerinin rəisi mənə dedi ki, “sən bu gün geri qayıdacaqsan”. Səbibini soruşanda dedi ki, keçən dəfə problem yaratmışıq. Çünki bir etap əvvəl bizlə birgə təqsirləndirilən Məhəmməd Heydərov məhkəmə zalında özünü doğramışdı və proses yarımçıq qalmışdı".

O, "Qoca" ilə Məhəmməd Heydərov arasındakı mübahisə və münasibət haqda da danışıb: "Məhəmməd həmişə Etibara görə tutulduğunu deyirdi və onu harda görsə söyürdü. Buna görə də münasibətləri yaxşı deyildi, Məhəmməd ona kömək etməsini tələb edirdi, Etibar da kömək edəcəyini deyirdi. Həmin gün saat 17 radələrində məni yenidən vaqona qaytardılar, Etibarla Məhəmməd ordaydı. Qatar Şirvana çatanda dəhlizdəydim, Etibar kameradan başını çıxarıb hal-əhval tutdu, yol gedib-gəlməkdən yorulduğumu dedim. Etibar dedi “istəyirsən deyim, gəl yumşaq döşəyin üstündə yat”, mən də razılaşdım. Bir az sonra mühafizəçilərdən biri gəlib məni Etibarın olduğu kupeyə apardı".

Əli Ağami söyləyib ki, həmin vaxt "Qoca" ona qaçmağı təklif edib: "Söhbət edəndə Etibar dedi ki, bələdçi otağının pəncərəsinin açarı onda var, dəmir barmaqlıqlı pəncərəni açıb qaçacaq. Mən də onunla qaçmağı təklif etdi. Dedi ki, sənə söz vermişdim ki, azadlığa çıxmağına köməklik edəcəyəm. Amma mən qaçmaqla kömək edə biləcəyini bildirdi. Açarı da mənə göstərdi, onun təklifi ilə razılaşdım. Etibarda telefon var idi, kimlərləsə danışırdı. Mənə dedi ki, həmin adamlar onu stansiyada maşınla qarşılayacaqlar. Sonra bələdçi otağının qapısını örtüb gözlədik. Konvoyun əməkdaşları dəhlizdə gəzişirdilər. Səhər saat 05 radələrində qatar Biləcəri stansiyasına çatana yaxın Etibar açarı çıxarıb 6 “zamok”la bağalanan pəncərəni açıb platformaya tullandı. Bu vaxt qatar dayandı, mən də ayaqlarımı pəncərədən çıxarıb yerə düşdüm. Hava işıqlı idi, amma bizi görən olmadı. Maşınla bizi gözləyəcək adamları görmədik. Gəzərək evlərin arasına girdik. Etibar telefonla danışdı, həmin adamlar gecikdiklərini dedilər. Biz bir taksiyə minib Etibar deyən istiqamətə getdik. Şadlıq sarayı olan yerdə düşüb bizi qarşılayacaq maşına mindik, vaqonda Etibarın yanında gördüyüm Günay adlı qadın da maşında idi. Maşını İsrafil Soltanov sürürdü, Aqil Nəcəfov isə qabaqda oturmuşdu. Etibar kiməsə zəng edib yola çıxmasını dedi, sürücüyə tapşırdı ki, Lökbatan qəsəbəsinə sürsün. Lökbatanda saqqallı bir oğlanı götürüb Hökməliyə getdik, Etibar dedi əvvəllər onunla türmədə yatan Familin evində qalacağıq. Biz elə onlara da getdik, sonra Aqillə İsrafil çıxıb getdilər. Axşam “Lada Priora” ilə Şirvan şəhərinə getdik".

Əli Ağami Şirvanda Etibar Məmmədovdan ayrılıb evinə getdiyini deyib. O, qaçmasının səbəbini belə izah edib: "Evə çatdım. Həyətimizdə qonşular var idi, ona görə qonşunun həyətindən keçib evimizə girdim. Valideynlərim təslim olmağımı istədilər, onlara bir neçə saat sonra təslim olacağımı dedim. Sonra otağa keçib işimin qeyri-obyektiv aparılmasına etiraz əlaməti olaraq dövlətə səslənən video müraciət çəkdim və aidiyyatı üzrə göndərdim. Ondan sonra valideynlərimə dedim ki, polisə zəng edib desinlər. Oktyabrın 26-da günorta saatlarında Bakıdan gələn polislər məni evimizdən götürüb Bakı İstintaq Təcridxanasına gətirdilər".

Suallara cavab verən Əli Ağami Etibarın açarı hardan aldığını bilmədiyini deyib. İfadəsinin davamında Əli Ağami "Qoca" ilə münasibətlərindən də danışıb: "Biz hər dəfə etap olunanda Etibarla birgə rəis Ceyhun Səmədovun xidməti otağında onunla söhbət edirdik, başqa dustaqlar da rəisin xidməti otağına gedirdilər. Mənim Etibarla dostluğum qeyri-səmimi olub. Çünki onun etdiyi cinayətə görə həbsə düşmüşəm, amma özüm o cinayətdə iştirak etməmişəm. Etibar adam öldürdükdən sonra bəzi problemlərinin olduğunu deyib onun əvəzində bir neçə ay həbsdə yatmağımı istədi. Daha sonra gəlib əməlini etiraf edəcəyini dedi, amma sözünün üstündə durmadı. Mənim qaçmaqda məqsədim o idi ki, evə gəlib həmin videonu çəkim".

Əli Ağami onu da deyib ki, vaqonda olarkən Etibarla şəkil də çəkdiriblər: "Şəkilləri Etibarın tanışı müğənni Fədayə Laçın öz telefonu ilə çəkirdi".

"Qoca" ilə Əli Ağaminin adı keçən qətl hadisəsi barədə qeyd edək ki, həmin cinayət hadisəsi 2015-ci ildə baş verib. 28 yaşlı Ə.Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Ə.Ağamidir. Qətlə yetirilən E.Nəciyev kriminal aləmdə "Krıtıy Elvin" adı ilə tanınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar