Xəbər lenti
Xərçəngdən əziyyət çəkən Zülfiyyə yenidən xəstəxanada: “Səni yox edəcəyəm” – FOTO
Aparıcı Zülfiyyə Bayramova növbəti dəfə xəstəxanaya yerləşdirilib.
Manevr.az xəbər verir ki, o, həmkarı və həyat yoldaşı İlqar Mikayıloğlunun ilə birgə çəkdirdiyi şəkli sosial şəbəkə paylaşıb.
“Yenə Milli Onkologiya Mərkəzi və sistemlər. Sən neyləsən də, dilimdən şükrü, üzümdən gülüşü yox edə bilməyəcəksən. Əksinə, Allahın köməkliyi ilə mən səni yox edəcəyəm”.
Xatırladaq ki, Z.Bayramova bu ilin əvvəlində onkoloji xəstəlikdən əziyyət çəkdiyini məlum olmuşdu. Bununla bağlı Zülfiyyə xanım əməlliyyat keçirib və onun mədəsindəki şiş götürülüb.
Bayramova müalicə aldığından saçının töküləcəyini nəzərə alaraq keçəl etdirib. Həyat yoldaşı İlqar Mikayıloğlu və yaxınları ona dəstək olmaq üçün saçlarından keçiblər.
Ardınca isə Zülfiyyə xanım yeni görkəmi ilə fotosessiya edərək xəstəliyə qalib gələcəyini deyib.

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar