Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Yardımlıda 3 min il yaşı olan kurqan qəbirlər aşkar edildi

Tarix: 06-08-2018 09:20     Baxış: 4316 A- / A+
Yardımlıda 3 min il yaşı olan kurqan qəbirlər aşkar edildi


Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Yardımlı rayonunun Arvana kəndi yaxınlığındakı Komanı yaylaqlarında, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə tunc dövrünün son mərhələsinə aid yeni kurqanların arxeoloji tədqiqinə başlayıb.

Manevr.az xəbər verir ki, Arxeoloji ekspedisiyanın rəhbəri, dosent Anar Ağalarzadə Trend-ə bildirib ki, ətrafı kromlex düzümlü kurqanlardan birinin qazıntısı zamanı tunc dövrünün xarakterik adətlərindən biri olan parçalanaraq dəfn edilmiş insan skeleti aşkar olunub.

Onun sözlərinə görə, insan skeletinin yanından tapılmış bir ədəd boz-qara rəngli keramika fraqmenti dəfn abidəsinin son tunc dovrünə aid olduğunu söyləməyə imkan verir: "Lakin daha dəqiq tarix insan sümükləri üzərində aparılacaq radiokarbon analizlərin nəticəsindən sonra bilinəcək. Bu arxeoloji tapıntılar Azərbaycan tarixinin qədim dövrünə aid zəngin maddi mədəniyyət nümunələridir. Sistemli olaraq bölgədə aparılacaq kompleks arxeoloji tədqiqatlar nəticəsində ərazinin dağlıq hissəsinin qədim dövr maldar cəmiyyətləri tərəfindən mənimsənilərək məskunlaşması məsələsinə aydınlıq gətiriləcək".

Xatırladaq ki, bu tip dəfn abidəsini XIX əsrin sonlarında fransız arxeoloqu Jak de Morqan Lerik rayonu ərazisində tapıb. Eyni zamanda, bu tipli kurqanlar İranın Gilan vilayətinin dağlıq Talış ərazisindəki həmdövr abidələrindən də məlumdur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar