Xəbər lenti
Anar Nağılbaz 2017-ci ilin noyabrında faktiki olaraq "dəfn edilmişdi"
Dünən repin atası sayılan məşhur reper Anar Nağılbaz 44 yaşında dünyasını dəyişib.
Onun ölümünə səbəb kimi stress və içki göstərilir.
Manevr.az axar.az-a istinadən bildirir ki, tanınmış reperə qarşı uzun illərdir davam edən kampaniya ötən il pik nöqtəsinə çatmışdı. Məhz 2017-ci il noyabrında onun şəxsi həyatına aid olduğu deyilən görüntü yayılmışdı. Bu görüntülərdən sonra sosial şəbəkələrdə Anarın ünvanına təhqiredici ifadələr yazanlar, ondan üz döndərənlər az olmadı. Bunlar isə ona öldürücü təsir buraxdı.
Anar Nağılbazın bununla bağlı təşkil etdiyi mətbuat konfransında olaydan sonra necə ağır sarsıntı keçirdiyi aydın görünür.
Bu olay Anar Nağılbazın bir müddət öncə mühacirətdən qayıdıb, yenidən toparlanması və əvvəlki yaradıcılıq imkanlarını səfərbər etməsi istəyinə ağır zərbə vurdu. Ondan sonra Anar bir daha kölgəyə çəkilməyə məcbur oldu və müxtəlif vaxtlarda yalnız səhhətinin ağırlaşması və xəstəxanaya düşməsi ilə gündəmə gəldi.
Anar Nağılbaz 2017-ci ilin noyabrında faktiki olaraq "dəfn edilmişdi". Hətta bir neçə ay öncə ikinci dəfə ailə qurması və özünün dediyi kimi, "adi, sadə, xoşbəxt olmaq" cəhdi alınmadı. Çünki Anar Nağılbaz kimi istedadlar adi və sadə həyat yaşaya bilmirlər: onlar yaradıcılıqla məşğul olmalı və özlərini ifadə etməlidirlər. Bu imkanları əllərindən alınanda isə üzə çıxmayan daxili enerjiləri özlərini məhv edir.
Nağılbaz kimi istedadın öz-özünü məhv etməsi üçün ətrafı və sarı media nə mümkündür, onu da etdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar