Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Qoca" ləqəbli avtoritetin həbsdən qaçması ilə bağlı daha bir şok etiraf: "Özümü doğrayacam..."

Tarix: 04-08-2018 15:26     Baxış: 3231 A- / A+
"Qoca" ləqəbli avtoritetin həbsdən qaçması ilə bağlı daha bir şok etiraf: "Özümü doğrayacam..."

Bakıda məhbusların qaçmasında təqsirləndirilən Penitensiar Xidmətin Konvoy taborunun 3-cü bölüyünün sabiq qarovul rəisi Ceyhun Səmədovun cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

Manevr.az-ın "report"a istinadən məlumatına görə, o, ifadəsində qeyd edib ki, dustaqların qaçdığı gün vaqonda 67 nəfər məhbus olub.

C.Səmədov həmin məhkumların arasında "Qoca" ləqəbli Etibar Məmmədov, Əli Ağami, Məhəmməd Heydərov, Əfsər İbrahimov, Tahir Məlikovun da olduğunu bildirib: "Həmin şəxslərin hamısı eyni cinayət əməlində təqsirləndirilən şəxs kimi tanındığı üçün onlar rəhbərlik tərəfindən verilmiş xüsusi tapşırığa əsasən, hər biri ayrı-ayrı kameralarda saxlanılıb. Adı çəkilən şəxslər hər dəfə etap olunanda aralarında mübahisələr olurdu. Mübahisənin əsas mahiyyəti bu idi ki, digər şəxslər günahı Etibar Məmmədovda görürdü. Onlar Etibardan günahını boynuna almasını və bununla da cəzalarının yüngülləşməsini istəyirdilər. Biz həmin gün geri qayıdanda Tahir Məlikov və Əfsər İbrahimov Astarada Polis Şöbəsində saxlanıldı. Etibar Məmmədov da polisə təhvil verilməli idi. Lakin onu qəbul etmədilər. Rəhbərliklə razılaşdıqlarını söylədilər. Mən də bunu tabor komandirim Bəhruz Abdullayevlə dəqiqləşdirdim və onun göstərişinə əsasən Etibar Məmmədovu götürüb geri qayıtdım".

O söyləyib ki, həmin gün geri qayıtmaq üçün qatara minəndə də məhkumlar arasında mübahisə yaranıb: "Məhəmməd Heydərov qatara minəndə Etibarın orada olduğunu bildi. Digər məhkumlara müraciət edərək qışqırdı ki, "qardaşlar, mən Etibar Məmmədovun dustağıyam". Mən Etibarı kameradan çıxarıb öz otağıma gətirdim. Bunu Etibar özü də istədi. Çünki Etibar deyirdi ki, həmin kamerada onun həyatı üçün təhlükə var və düşmənləri ona nəsə edə bilər. Mən sadəcə Etibarı sakitləşdirmək, onunla söhbət etmək üçün kameradan çıxardım. Sonra Məhəmməd Heydərova yaxınlaşıb onu stansiyaya çatanda xüsusi təyinatlıların aparacağı ilə hədələdim ki, qorxsun. Məhəmməd deyirdi ki, "Etibar günahını etiraf etsə, hamı rahat evinə gedəcək". Sonra Etibarı yenidən kamerasına qaytardım. Mübahisə davam elədi. Etibar bildirdi ki, "əgər onu kameradan çıxarmasam, özünü doğrayacaq, dustaqları qaldıracaq". Mən bələdçi İsmayıl Hüseynovdan xahiş elədim ki, otağını boşaldıb ona təhvil versin. Etibarı həmin otağa yerləşdirdim, ora qandalsız apardım. Sonra mübahisə səngisin deyə Əli Ağamini də həmin otağa gətirdim. Otağın qapısı açıq idi. Oraya kiçik gizir Elvin Namazovu, kiçik gizir Tehran Musayevi və baş çavuş Tural Polatxanovu növbətçi kimi qoydum".

C.Səmədov ifadəsində vurğulayıb ki, dustaqların qaçmasını səhər saat 05:10 radələrində bilib: "Tural Polatxanov mənə iki dutağın qaçdığını bildirdi. Mən həmin otağa gələndə gördüm ki, otağın dəmir barmaqlıqları çarpayının üstündədir. Dustaqları saydım, Əli Ağami və Etibardan başqa hər kəs yerində idi. Qatarın hər yerinə baxdıq. Bundan sonra Bəhruz Abdullayevə məlumat verdim".

C.Səmədov dustaqları bələdçi otağına aparmaqla təlimat qaydalarını pozduğunu etiraf edib. Həmçinin dustaqların mübahisəsi ilə bağlı rəhbərliyə məlumat vermədiyini də qeyd edib.

O, dustaqların qaçmasını rəhbərliyə gec deməsinin səbəbi belə izah edib: "Mən yatmışdım. Dustaqlar Biləcəridə qaçsa da, baş çavuş bunu mənə "28 may" stansiyasında dedi. Dustaqların hansı şəraitdə və necə qaçmasından xəbərsiz olmuşam və heç vaxt onlardan maddi nemət kimi nəsə almamışam. Amma hər iki şəxsin üzərinə tam olaraq baxış keçirməmişdim".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar