Xəbər lenti
Səhhətinin pis olduğu deyilən eks-nazirin sorağı 5 ulduzlu oteldən gəldi

Türkiyədəki "American Hastanesi”ndə müalicəsini başa vuran eks-vergilər naziri Fazil Məmmədovun qardaş ölkədəki hotellərdən birində istirahət etdiyi məlum olub.
Manevr.az xəbər verir ki, sabiq nazir hazırda "Çırağan Palace”da dincəlir. F.Məmmədovun isti günlərdə Azərbaycana gəlmək fikrinin olmadığı bildirilir.
"Çırağan” hoteli İstabulun Avropa hissəsində, Beşiktaş və Ortaköy arasında, Bosfor sahilində yerləşir.
Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O "American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.
Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.
Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir./modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar