Xəbər lenti
Bakıda avtomobillər ucuzlaşıb
2018-ci ilin ötən ayında Bakının avtomobil bazarında orta qiymət 27 084 manat təşkil edib.
Bunu trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.
Ekspertin sözlərinə görə, ötən ayla müqayisədə qiymətlər 10,34 faiz azalıb.
N.İbrahimov bildirib ki, iyun ayında ümumilikdə 155 avtomobil satışa çıxarılıb:
"Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 36,5 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 85,9 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 26 882 manat təşkil edib. Dizel mühərrikli avtomobillər bazarın 14,1 faizini təşkil edib, orta qiymət isə 28 314 manat olub. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 71,44 faiz, orta qiyməti 34 039 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 28,56 faiz, orta qiyməti 9 690 manat təşkil edib”.
Ekspert bildirib ki, iyun ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi 175,76 min kilometr təşkil edib ki, bu göstərici ötən ayla müqayisədə 2,39 faiz çox olub. Avtomobillərin orta yaşı 12 il olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar