Xəbər lenti
Azərbaycanda bahalaşma nə qədər olacaq?
"İnflyasiya azalma trendini saxlayır və birrəqəmli səviyyədə möhkəmlənməkdədir".
Manevr.az apa-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2018-ci ilin 6 ayında orta illik inflyasiya 3% təşkil etməklə elan olunmuş hədəf dəhlizindən 6-8% aşağı səviyyədə qərarlaşıb.
"Orta illik inflyasiya son biri ilin maksimumundan, yəni 2017-ci ildə 14%-lik inflyasiya səviyyəsi ilə müqayisədə 4 dəfədən də çox aşağı düşüb. İnflyasiyanın aşağı düşməsi manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, pul təklifinin optimal şəkildə idarə olunması, inflyasiya gözləntilərinin azalması və mövsümü faktorla şərtləndirir. Bütün bunlar dünya əmtəə qiymətlərinin, o cümlədən dünya ərzaq qiymətlərinin və ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin daxili inflyasiyaya artırıcı təsirini müəyyən dərəcədə neytrallaşdırır", - deyə E.Rüstəmov vurğulayıb.
AMB-nin İdarə Heyətinin sədri əlavə edib ki, ev təsərrüfatları arasında inflyasiya gözləntiləri ilə bağlı sorğu aparılıb. Məlum olub ki, ev təsərrüfatının inflyasiya gözləntiləri son minimum səviyyədə formalaşıb: "Ev təsərrüfatları üzrə sorğunun nəticələrinə görə 2019-cu ilin birinci yarısı üçün inflyasiya gözləntiləri 3,9%, yuxarı gəlirli əhali qrupu üzrə 3,5,%, aşağı gəlirli əhali qrupu üzrə 3,9% səviyyəsində qiymətləndirilir. 2018-ci ilin sonuna inflyasiyanın hədəf intervalında qalması risklər balansında olan dinamikadan asılı olacaq. İdxalın əhəmiyyətli artımı, tərəfdaş ölkələrdə yüksək məzənnə və qiymət volatilliyi və fiskal genişlənmə inflyasiyanın tələb və təklif amillərini aktivləşdirə bilər. İnflyasiya hədəfinə nail olunması həm də, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət dəyişiməsindən aslıdır", - deyə E.Rüstəmov vurğulayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar